Putin: “Avropa Ukraynadakı terroru dəstəklədi”
Tarix: 20.10.2017 | Saat: 11:04:00 | E-mail | Çapa göndər


“Qərblə münasibətlərdə bizim ən əsas səhvimiz ondadır ki, biz sizə həddindən çox etibar etdik”

Rusiya prezidenti Vladimir Putin Qərblə münasibətlərdə ölkəsinin əsas səhvini açıqlayıb.  V. Putin açıqlamanı “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı deyib:    
 
“Qərblə münasibətlərdə bizim ən əsas səhvimiz ondadır ki, biz sizə həddindən çox etibar etdik, sizinsə səhviniz ondadır ki, bu etibarı zəif cəhət kimi qəbul etdiniz və ondan sui-istifadə etdiniz”.    
O həmçinin Ukraynadakı böhranın səbəbkarının Avropa olduğunud eyib.
“Ukraynadakı vəziyyətə görə Avropa günahkardır. Çünki Avropa bu ölkədə hakimiyyətin  Konstitusiyaya zidd olaraq ələ keçirilməsini dəstəkləyib. Siz dediniz ki, avropalıların fikrincə, top Rusiya tərəfdədir. Ancaq bizim fikrimizcə, top məhz Avropa tərəfdədir, çünki məhz Avropa Komissiyasının o zamani tərkibinin qeyri-konstruktiv mövqeyi sayəsində vəziyyət dövlət çevrilişi ilə nəticələndi”, - deyə V.Putin qeyd edib.   
 
O qeyd edib ki, problem Aİ ilə assosiativ sazişin imzalanmasında idi, çünki məhz ondan sonra ABŞ və Avropa tərəfindən tam dəstəklənən iğtişaşlar başlandı.
 
“Ukraynada yaranmış bugünkü vəziyyət hakimiyyətin Konstitusiyaya zidd şəkildə ələ keçirilməsinin nəticəsidir.  Avropa bunda günahkardır, çünki həmin terroru dəstəklədi”, - deyə Putin qeyd edib
Tural




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Baqrat Asatryan: “Bu gün Ermənistanda tərəqqi müşahidə edilmir“
21.06.2018
Nana Muradyan: ” Oğlumu yanacağın necə oğurlanaraq satıldığını gördüyünə görə öldürdülər”
21.06.2018
Konstantin Masik: “Heydər Əliyev Ukrayna xalqının genefondunun xilaskarlarındandır”
20.06.2018
Ermənistanda çoxlarını Manvel Qriqoryanın aqibəti gözləyir
17.06.2018
Putin Paşinyanı alçaldıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9439

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info