Baş nazirin müavini Tərtərdə tikinti işləri ilə tanış olub
Tarix: 20.10.2017 | Saat: 11:26:00 | E-mail | Çapa göndər
Oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün inşa edilən və tikintisi başa çatmış yaşayış məhəlləsində son tamamlama işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini tikintidə çalışan şirkətlərin rəhbərləri ilə birlikdə yaşayış məhəlləsinə baxış keçirib, işlərin yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Qeyd edək ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə təchiz olunan yaşayış məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinə əsasən inşa olunur.
Məhəllədə 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır.




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
İşçilərin aylıq vəzifə maaşları təsdiqlənib
20.11.2017
Əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır
20.11.2017
Müsabiqə qalibləri olan tələbələr mükafatlandırılıblar
20.11.2017
Salyanda da uşaqlara siqaret satmaq qadağandır
20.11.2017
Xətai rayonunda iməcilik təşkil olunub

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info