“Hər rayonda müxalifəti ən çoxu 50 nəfər dəstəkləyir”
Tarix: 11.05.2013 | Saat: 01:50:00 | E-mail | Çapa göndər


Prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində təmsil olunan partiya rəhbərlərindən, liderlərindən müxalifətin seçkilərdə məğlubiyyətinin qaçınılmaz olduğu haqda verilən açıqlamalar artmaqda davam edir.
Bu dəfə isə ACP lideri Rəsul Quliyevin öz bloqunda ona ünvanlanan sualları cavablandırması dediklərimizi bir daha təsdiq edir. R. Quliyev “Nida”çıların uğursuzluğa düçar olmasının səbəbi kimi onun kütləvi xarakter daşımamasını göstərib: “Birincisi ondan başlayaq ki, NİDA gənclər arasında kütləviliyə nail ola bilməyib, yəni 700 minlik gənclər ordusundan ancaq 300-ə yaxın fəal və 3 minə yaxın üzv (bu sayın özü də təxmini xarakter daşıyır- müəllif) toplaşa bilib, bu da azdır. İkincisi, NİDA və onları himayə edən yaşlı liderlər faktiki olaraq təşkilatın atacağı ikinci addımın variantlarını da hesablamayıblar”.
Müxalifət partiyalarının sosial bazaları haqqında özlərinin dediyi fikirlərə də münasibət bildirən Rəsul Quliyevin sözləri bir daha sözügedən düşərgənin sosial bazasının yox dərəcəsində olduğunu sübut edir: “İlk növbədə, özünün real gücünün nədən ibarət olduğunu bilməlisən. Mətbuata söylənilən “bizim 15 mindən tutmuş 50 minə qədər üzvümüz var” nağılları işləmir və heç vaxt işləməz. Gücün nədən ibarət olduğu təxminən məlumdur. Keçən il aktivliyin yuxarı olduğu bir zamanda icazə verilmiş mitinqlərə və 20 Yanvar, Xocalı qırğını ilə əlaqədar nümayişlərə gələnlərin sayı bunu müəyyənləşdirib. Bakı şəhərində bir neçə partiyanın hər birinin orta hesabla mindən çox aktiv dəstəkləyəni yoxdur və bu belədir. Rayonlarda bu rəqəm 10-50 arasında dəyişir. Və nəticədə respublika üzrə özünü müxalifət adlandıranların ümumi gücü 10 minə ancaq çatar” .
Rəsul Quliyevə YAP-ın 600 mindən çox üzvünün olduğunu bildirmək yəqin ki, real vəziyyəti təsvir etmək üçün kifayət edər. Təsadüfi deyil ki, “Facebook” sosial şəbəkəsində Prezidentə dəstək qrupuna son günlər 150 mindən çox gənc qoşulub. Rəsul Quliyev əslində hakimiyyətin siyasətindən vətəndaşların razı olduğunu etiraf edir.
Əslində bu cür etiraflar ilk deyil və son da olmayacaq. Rəsul Quliyev digər müxalifət partiyalarını tənqid edə-edə müxalifətin düşdüyü acınacaqlı vəziyyəti, “ana müxalifət” partiyası olmaq uğrunda gedən mübarizəni təsvir edib. Öz partiya maraqlarından, şəxsi maraqlarından başqa bir şeyi düşünməyən radikal müxalifət partiyalarının belə acınasaqlı vəziyyətə düşəcəyi labüd idi. Lakin burada diqqəti cəlb edən digər bir məqam Rəsul Quliyevin və onun “silahdaş”larının ağlından çıxmayan inqilab xəyalıdır. Heç bir sosial bazaya malik olmadıqları üçün hakimiyyətə gəlməyin yeganə yolunu inqilabda görən, bu istiqamətdə fəaliyyət göstərməklə ölkəmizin əleyhinə fəaliyyət göstərən xarici qüvvələrin maraqlarına xidmət edirlər. Bu da radikal müxalifət partiyalarının hakimiyyət üçün hər cür vasitəyə əl ata biləcəyinin göstəricidir. Eyni zamanda Quliyev müsahibəsində “NİDA”çılara mədhiyyə deyir. “NİDA”çıların əməlləri haqqında başlayan cinayət işi inəticəsində onların ölkədə ictimai-siyasi sabitliyi pozmaq məqsədilə qanlı aksiyalar keçirmək istədikləri aşkar edilib. Rəsul Quliyev sözügedən müsahibədə həm də inqilab çağırışları edir. Görəsən, özünü siyasətçi adlandıran, xalqın mənafeyini müdafiə etdiyini iddia edən bu insan hazırda Suriyadakı qanlı hadisələri görmürmü?
Lakin Azərbaycan xalqı artıq bu insanların Azərbaycanı hara, hansı fəlakətlərə sürüklədiyini bir dəfə görüb və öz seçimini edib. Üstündən 20 il keçməsinə baxmayaraq, radikal müxalifətin şüurunda zərrə qədər də dəyişiklik olmayıb. Normal bir fəaliyyət proqramı hazırlamaq əvəzinə ermənipərəst Rüstəm İbrahimbəyovdan mədəd umur və onun “milli şura” qurmaqla nəsə edə biləcəyinə inanırlar. Lakin bu yalnız utopiyadır. Qarşıdan gələn növbəti seçkilərdə də radikal müxalifət məğlub olacaq və tarixin tozlu səhifəsinə gömüləcək.
SÖHRAB




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info