Vergi sanksiyaları vəsaitindən vergi işçilərinin geyimlərinin alınması üçün istifadə ediləcək
Tarix: 20.10.2017 | Saat: 13:39:00 | E-mail | Çapa göndər
Dövlət vergi orqanlarının işçilərinə geyim formalarının və fərqləndirmə nişanlarının alınmasında vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlərdən istifadə ediləcək.
 
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
 
İndiyə qədər dövlət vergi orqanlarının işçilərinə geyim formalarının və fərqləndirmə nişanlarının alınması Vergilər Nazirliyinin saxlanılması üçün büdcədə və vergi orqanlarının büdcədənkənar fondunda müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilib. Dəyişikliyə əsasən bundan sonra dövlət vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi geyim formalarının və fərqləndirmə nişanlarının alınması Vergilər Nazirliyinin saxlanılması üçün dövlət büdcəsində müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər və vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlər hesabına həyata keçiriləcək.
 
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında etdiyi dəyişikliyə əsasən Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyə mənbələri sırasına da vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlər daxil edilib. Vergilər Nazirliyinin Tədris Mərkəzi  ixtisasartırma və yenidən hazırlama tədris müəssisəsi statuslu elm və təhsil ocağıdır.
 
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə  vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanlarının hesablarına köçürülür. Bundan sonra həmin vəsaitlərdən Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyələşdirilməsi üçün də istifadə ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edib
24.11.2017
Rusiyada azərbaycanlıların yeni təşkilatı yarana bilər
24.11.2017
Xəzər rayonunda 675 nəfər işlə təmin olunub
24.11.2017
“BP şirkətinin təhsil sahəsində iri layihələri insan kapitalına yatırılan vəsaitdir”
24.11.2017
“Ulduz” Şokolad fabriki KİV nümayəndələrinin övladları üçün ekskursiya təşkil edəcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info