Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
Tarix: 20.10.2017 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin elmi iclasında muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində kerilmiş müşavirədən irəli gələn vəzifələr və universitet əməkdaşlarının sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına dövlət qayğısı müzakirə olunub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Naxçıvan Dövlət Universitetində müasir infrastrukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikamızda təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir. Bu məqsədyönlü tədbirlərin davamı olaraq İqtisadiyyat fakültəsi üçün yeni korpusun tikilməsi də universitetdə əlverişli tədris şəraitinin yaradılmasına xidmət edir.
Rektor Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədən irəli gələn vəzifələrdən danışaraq qeyd edib ki, yaradılmış münbit şəraitdən və mövcud potensialdan səmərəli istifadə olunmalı, tələbə təşviqi, o cümlədən əcnəbi tələbələrinuniversitetə cəlbi istiqamətində tədbirlər gücləndirilməli, tədrisin səviyyəsi və keyfiyyəti daha da artırılmalıdır.Belə ki, maşavirədə təəsüflə vurğulanıb ki, muxtar respublikanın təhsil müəssisələrində qabaqcıl ali təhsil müəssisələrindən geri qalmayan müasir infrastrukturun yaradılmasına baxmayaraq, tələbələrin cəlbi istiqamətdə fəaliyyət zəifdir. Tədrisin səviyyəsinin tələbə təşviqinə təsir edən əsas amillərdən biri olduğu nəzərə alınaraq universitetdə müasir tədris metodlarının tətbiqinə üstünlük verilməli, kadr hazırlığına diqqət artırılmalı, tədris və istehsalat təcrübələrinin keçirilməsində hami təşkilatların bazasından və imkanlarından səmərəli istifadə olunmalıdır. 2017-2018-ci tədris ili üçün keçirilmiş qəbul imtahanında muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 16 ixtisas üzrə qəbulun 50 %-dən aşağı olmasının, ümumilikdə isə tələbə qəbulu üzrə plan yerlərinin 13 faizinin boş qalmasının düşündürücü olduğunu önə çəkən rektor yaradılan şəraitdən maksimum istifadə olunmasının və təbliğat sahəsində işlərin artırılmasının vacibliyini vurğulayıb.
Dövlətimiz tərəfindən universitet əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılmasının, onların sosial müdafiəsinin gücləndirilməsinindaim diqqət mərkəzində oludğunu önə çəkən rektor bu günlərdə Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin əməkdalarının aylıq əmək haqqının orta hesabla 10 faiz artırılmasının məmnunluqla qarşılandığını bildirib və göstərilən qayğıya görə minnətdarlıq edib.
Səadət Əliyeva, NDU Mətbuat Şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Xaçmaz sakini 200-dən çox dovşan saxlayır
21.06.2018
İmtahan fənlərinin sayı azaldılır
21.06.2018
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda dəyirmi masa keçirilib
19.06.2018
Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9440

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info