“Dağlıq Qarabağ münaqişəsi əbədi olaraq dondurulmuş qala bilməz”
Tarix: 11.05.2013 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


“Böyük ərazilərin boş, məskunlaşmamış qalması, məcburi köçkünlərin doğma yurdundan uzaqlarda yaşaması ədalətsizlikdir”
“Rusiya bu münaqişənin nizamlanmasında öz rolundan heç bir vəchlə imtina etmir və ATƏT-in Minsk qrupunun həmsədri kimi konfliktin həllinə kömək göstərməyə davam edəcək. Dağlıq Qarabağ münaqişəsi əbədi olaraq dondurulmuş qala bilməz”. Bu fikirləri politoloq Sergey Markov deyib. O qeyd edib ki, sabiq prezident Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyirdi: “O qarşısına belə bir məqsəd qoymuşdu, çox enerji sərf etdi, lakin məqsədinə nail ola bilmədi. Böyük ərazilərin boş, məskunlaşmamış qalması, on minlərlə məcburi köçkünün doğma yurdundan uzaqlarda yaşaması ədalətsizlikdir. Düzdür, məcburi köçkünlər artıq düşərgələrdə yaşamır, lakin çox böyük ərazilərin ölü torpağa çevrilməsi, orada heç kimin yaşamaması, bütün infrastrukturun məhv olması son dərəcə böyük ədalətsizlikdir”. Politoloq bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi həll prosesinin dondurulmuş vəziyyətdən çıxarılmasına çalışır: “Eyni zamanda biz hərbi əməliyyatların yenidən başlamasına da imkan verə bilmərik. Siyasi nizamlamadan başqa, iqtisadi, mədəni, humanitar əməkdaşlığı da inkişaf etdirmək lazımdır. Buna görə də biz ölkələr və xalqlar arasında qarşılıqlı əməkdaşlığın başlaması üçün regionda bütün sərhədlərin maksimum dərəcədə açılmasını istəyirik”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19.09.2019
Fuad Qəhrəmanlının qızı: “Mənə hakimiyyətdən təzyiq olmayıb, statusu özüm yazmışam“ - VİDEO MÜRACİƏT
19.09.2019
Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir - YENİLƏNİB
19.09.2019
Budapeştdə Türk Şurasının nümayəndəliyi açılıb
19.09.2019
Gündəmdə qalmağa çalışanlar...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info