“Gil məmulatlarına tələbat artıb”
Tarix: 20.10.2017 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Qubalı sənətkar Nəcəf Qədirov otuz ildən çoxdur dulusçuluqla məşğul olur. Rayonun Yenikənd kəndində yaşayan 52 yaşlı dulusçu bölgədə bu işlə məşğul olan azsaylı sənətkarlardandır.
Nəcəf Qədirov AZƏRTAC-a bildirib ki, son illər dulusçuluq məmulatlarına tələbat xeyli artıb. Müştərilər daha çox nehrə, küp, bardaq, kuzə, kasa, piti qabları və başqa gil məmulatlar sifariş edirlər. Dulusçuluqla məşğul olan sənətkarların sayı az olduğundan ustalar sifarişlərin hamısını qəbul edə bilmirlər.
Qubalı dulusçu daha çox nehrə hazırlanmasına üstünlük verir. Bunun üçün əsas xammal hesab olunan gilli torpaq ilkin mərhələdə əzilir, yumşaq hala salınır və yoğurularaq kündəyə çevrilir. Daha sonra ayaqla hərəkətə gətirilən çarxın üzərində gildən qablar hazırlanmasına başlanılır.
Nehrə üçün iki ayrı-ayrı hissə hazırlanaraq birləşdirilir. Əllə hazırlanmasına baxmayaraq, qabların simmetrik formaya salınması ustalardan bacarıq tələb edir. Gilin nehrə formasına salınması üçün təxminən bir saat vaxt sərf olunur. Bir gün sonra qulpları qoyulan nehrələrin tam quruması üçün bir aya yaxın gözləmək lazımdır. Daha sonra quruyan nehrələr kərpicdən hörülmüş kürələrdə 1200-1300 dərəcədə bişirilir.
Hazırladığı nehrələri Nəcəf Qədirovdan 15 manatdan alırlar. Digər dulusçuluq məmulatlarının qiyməti isə 1 manatdan 15 manatadək dəyişir.
Dulusçu deyir ki, pendir, yağ, doşab və s. ərzaqlar küplərdə, ağartı məhsulları isə saxsı qablarda saxlanılarsa, daha keyfiyyətli qalar. Nə qədər yeni, müasir formalı qablar ortaya çıxsa da, qədim məişət nümunələrimiz heç də onlardan geri qalmır.
Sənətkar bildirir ki, indi məişətdə işlətdiyimiz müxtəlif formalı qablarla yanaşı, müasir tələbata uyğun məmulat nümunələri də hazırlayır. Son illər istirahət mərkəzləri, restoranlar ona həm də dekorativ görüntü üçün istifadə olunan gil qablar sifariş verirlər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
22.06.2018
Diaspor təşkilatı sədri jurnalistləri təltif edib
22.06.2018
Dövlətin və xalqın mənafeyinə xidmət edən dövlət qulluğu
22.06.2018
Ezamiyyət xərclərinin normaları artırılıb
21.06.2018
İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9439

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info