BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir
Tarix: 20.10.2017 | Saat: 15:40:00 | E-mail | Çapa göndər
2017-ci il Bakı Ali Neft Məktəbi (BANM) bir çox göstəricilərə görə respublika birincisi oldu. Onlardan biri də ali məktəblərə qəbul imtahanlarından maksimal bal toplamış tələbələrin sayına görə liderlikdir. Belə ki, 700 bal toplamış bu ilki abituriyentlərin seçdikləri ali məktəblər üzrə statistikada BANM birinci yeri tutur. Həmin statistikaya əsasən respublika üzrə 700 bal toplamış 15 nəfərin 7-nin seçimi BANM olub. Onlardan 5 nəfər “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi”, iki nəfər isə “Kimya Mühəndisliyi” ixtisasını seçib. Həmin tələbələr bunlardır:
Əsədzadə Mahirə Məhəbbət qızı
Əliyeva Xalidə Vüqar qızı
Əhmədov Elmir Rövşən oğlu
Cəbrayılov Vahab Fuad oğlu
Əsgərzadə Abdulla Sahib oğlu
Məmmədova Jalə Müşviq qızı
Əliyev Qabil Elçin oğlu
Respublikada müasir və dinamik inkişafı ilə seçilən BANM-in rektoru Elmar Qasımov həmin gənclərlə görüş keçirərək onların nəinki BANM-in, həmçinin bütün Azərbaycan xalqının fəxri hesab etdiyini vurğulayıb, tələbələrlə yaxından tanış olub və onların gələcək planlarını böyük maraqla dinləyib. Görüş zamanı ali məktəbin rektoru tələbələrə öz tövsiyələrini verərək onları daha yeni zirvələr fəth etməyə ruhlandırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
UNEC-də “açıq dərs“
21.02.2018
İsa Həbibbəyli: “Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir”
21.02.2018
Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib
21.02.2018
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018
BANM-in tələbələri yaz semestrində Yunanıstanda təhsil alacaqlar

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8455

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info