Azərbaycanlı rəssamın əsərləri Parisdə sərgilənir
Tarix: 20.10.2017 | Saat: 15:41:00 | E-mail | Çapa göndər
Fransanın paytaxtı Parisin “Espace Nesle” sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur.
Qalereyada rəssamın “Sevgi oyuncaqları” seriyasından 5 əsəri sərgilənib. Bunlardan “Marionetka” tablosu Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin Zurab Tsereteli İncəsənət Qalereyasında fransız rəssamların əsərləri ilə birlikdə, digər əsərləri isə Parisin əsas sərgi salonu “Qrand Pale”də (Grand Palais) nümayiş etdirilib.
N. Nərimanbəyova Parisdə “Qrand Pale”də keçirilən “Art en capital” sərgisində “Adajio” diptixinə görə “TOİLE D`OR” mükafatına layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb.
Parisdə rəssamlar arasında böyük nüfuza malik “Stella Art İnternational” Assosiasiyasının sədri Stella Kalinina azərbaycanlı rəssamın əsərlərinin əsas məziyyətindən bəhs edərək bildirib ki, Nigar Nərimanbəyova ilə artıq 5 ildir birlikdə işləyir. Onun əsərləri insanlara nağıla dönmüş xoş və unudulmaz uşaqlıq illərini xatırladır, sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır. O qeyd edib ki, rəssam tamaşaçıları dərindən düşünməyə sövq edən mənalı mövzu seçir. Stella Kalinina gələcəkdə Nigar Nərimanbəyobanın fərdi sərgisini təşkil edəcəklərini də vurğulayıb.
Sərgi oktyabrın 22-dək davam edəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
“Ədəbiyyat biliciləri” müsabiqəsinə start verilir
21.11.2017
“Bəkirnamə” kitabı ictimaiyyətə təqdim olunub
21.11.2017
Fərid Hüseynin “Kəpənək dərsi” kitabı Amerikada çap olunub
20.11.2017
Emin Sabitoğlunun 80 illiyi qeyd olunacaq
20.11.2017
Osmanlı dövrünün arxivlərinə dair konfrans işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info