Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edib
Tarix: 20.10.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək 49-cu iclasında iştirak edib.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivlərinin müzakirə olunduğu iclasdakı çıxışında deputat əsasən ölkəmizdə “ASAN Xidmət” modeli ilə bağlı söhbət açıb. O bildirib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildən uğurla fəaliyyət göstərməkdədir. Bu fəaliyyət yalnız vətəndaşlara xidmətin təmərküzləşməsi deyil, habelə dövlət qurumlarının işinin əlaqələndirilməsi, təkmilləşdirilməsi, səmərəliliyinin artırılması baxımından müstənsa əhəmiyyət daşıyır.
Ə.Amaşov çıxışında həmçinin 2016-cı ildə Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də toxunub. Qurumun xarakterik iş prinsipləri barədə ətraflı məlumat verib.
Qeyd edək ki, 19-20 oktyabr 2017-ci il tarixlərində keçirilmiş iclasda İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənib, 50-ci iclasın gündəliyi müəyyənləşdirilib, strukturu yenilənib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“Bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik”
25.04.2018
“ATƏT Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirmək niyyətinə sadiqdir”
25.04.2018
“Azərbaycan və İsrail arasındakı əlaqələr möhkəmlənir”
25.04.2018
“Ahaber.com.tr”: “İlham Əliyevin qarşılanma mərasimində ilk dəfə Azərbaycanın şərəfinə “Can Azərbaycan” səslənib”
25.04.2018
İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info