Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
Tarix: 20.10.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər
Muxtar respublikanın istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə payız-qış mövsümü üçün tələb olunan mal-materialın paylanılması təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin qarşısına bir sıra tapşırıqlar qoyulub. Verilən tapşırığa görə, Maliyyə Nazirliyi istilik sistemi olmayan müəssisələrdə payız-qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımi maliyyə vəsaitinin ayrılmasını, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını diqqətdə saxlamalıdır.
Müşavirədə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan müəssisələrində 2017-2018-ci illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü” təsdiq edilib. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq mal-materialların alınması üçün lazımi vəsaitin ayrılması təmin olunub. Adıçəkilən sahələrə aid müəssisələr onlar üçün ayrılmış mal-materialları təhvil alıblar.




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
İsrail səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
25.04.2018
Naxçıvan mədəniyyət naziri təyin edilib
24.04.2018
Naxçıvanın milli iqtisadi quruculuq proseslərinə dair yeni kitab
24.04.2018
Xaçmazın üç kəndinə ilk dəfə təbii qaz verilib
24.04.2018
Neftçalada 39 min 555 nəfər kütləvi tibbi müayinədən keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info