Etibar Pirverdiyev:“Strateji Yol Xəritəsi üzrə işlər aparılır”
Tarix: 20.10.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər
“Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin”
"Strateji Yol Xəritəsi üzrə işlər aparılır. Ancaq burada bəzi qanunvericilik aktları var ki, onların üzərində Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Nazirlər Kabineti və digər qurumlarla birgə çalışırıq. Ümid edirəm ki, qarşıya qoyulan məsələlərin hamısı "Azərenerji" tərəfindən yerinə yetiriləcək". 
Bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.
E.Pirverdiyevin sözlərinə görə, Rusiya və Gürcüstana yeni 330 kilovatlıq paralel xəttin çəkiləcək:
"Həm Rusiya bizdən, həm də biz onlardan enerji alırıq. Rusiya ilə biz paralel rejimdə çalışırıq. Düşünürəm ki, bəzi addımlar atdıqdan sonra Rusiyaya elektrik enerjisi ixracını artıra biləcəyik. Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin. Təbii ki, bunun üçün bəzi texniki işlərin görülməsi vacibdir. Bu gün Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işləməsi texniki olaraq mümkün deyil. Bunun üçün Azərbaycan-İran sərhəddində sabit cərəyan qurğusu tikilməlidir. Bu yarımstansiyadan daha ciddi qurğudur. Rusiya ilə Azərbaycan arasında ikinci-paralel xəttin çəkilməsi də gündəmdədir. Hazırda 70-ci illərdə tikilmiş 330 kilovatlıq xətt fəaliyyət göstərir. Bu isə həmin enerjinin ötürülməsi üçün kifayət deyil. Gürcüstanla isə hazırda iki xətt vasitəsilə enerji mübadiləsi aparılır. Onlardan biri 500, digəri isə 330 kilovatlıq xətlərdir. Hazırda Gürcüstan lazım olan enerjini özündə saxlayır, digər hissəsini isə Türkiyəyə ötürür. Planımızda varki 330 kilovatlıq xətti ikidövrəlik edək. Yəni daha bir 330 kilovatlıq paralel xətt çəkək".
Azərenerji" ASC "blockchain" texnologiyalarından istifadəyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə bu gün, 20 Oktyabr - Energetiklər Günü münasibəti ilə keçirilən tədbirdə qurumun prezidenti Etibar Pirverdiyev məlumat verib.
E.Pirverdiyevin sözlərinə görə, "Azərenerji"nin əməkdaşları bu məsələlərə xüsusi əhəmiyyət yetirməlidir: "Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib. Bu gün dünyanın bir çox şirkətləri "blockchain" texnologiyasını tətbiq edir. Süni intellekt artıq dünya reallığıdır. Düşünürəm ki, bizim əməkdaşlar da bu texnologiyaya diqqət yetirməlidir. Bu, Elektron Menecment Sisteminin (EMS) tərkibidir".
O həmçinin bildirib ki, “Azərenerji" ASC "blockchain" texnologiyalarından istifadəyə hazırlaşır.
E.Pirverdiyevin sözlərinə görə, "Azərenerji"nin əməkdaşları bu məsələlərə xüsusi əhəmiyyət yetirməlidir: "Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib. Bu gün dünyanın bir çox şirkətləri "blockchain" texnologiyasını tətbiq edir. Süni intellekt artıq dünya reallığıdır. Düşünürəm ki, bizim əməkdaşlar da bu texnologiyaya diqqət yetirməlidir. Bu, Elektron Menecment Sisteminin (EMS) tərkibidir".

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
Ötən il kreditlərin 96,6 faizi banklar tərəfindən verilib
21.01.2018
Ötən il tütün, qida və içki istehsalında artım olub
19.01.2018
Azərbaycan “Beynəlxalq Yaşıl Həftə” sərgisində
19.01.2018
MİDA: “Yasamaldakı güzəştli evlər gələn il təhvil veriləcək”
19.01.2018
Əli Əhmədov: “2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8228

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info