2018-ci ildə Azərbaycanda iqtisadi artım olacaq
Tarix: 20.10.2017 | Saat: 17:39:00 | E-mail | Çapa göndər
İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı 3 il üzrə hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən gələn il ölkədə ÜDM-in real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
Sənəddə deyilir ki, qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur.
2018-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 51,5 faizi daxili investisiyaların, 48,5 faizi isə xarici investisiyaların payına düşür.
Ümumi investisiyaların 9,5 milyard manatının qeyri-neft sektoruna, 6,4 milyard manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur. 2018-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 9,1 milyard manat olmaqla, ümumi investisiyaların 57,2 faizini, dövlət investisiyalarının həcmi 6,8 milyard manat olmaqla, ümumi investisiyaların 42,8 faizini təşkil edəcəyi proqnoz edilir.
Növbəti ildə orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 0,5 faiz artaraq 549,7 manat olacağı proqnozlaşdırılır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
“Azərbaycan münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”
20.11.2017
“Erməni təxribatına qurban olmuş məsum övladlarımızın qanı yerdə qalmayacaq”
19.11.2017
İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18.11.2017
Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib
18.11.2017
Yataq ağları həftədə neçə dəfə dəyişilməlidir?ALİMLƏRİN FİKRİ

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info