Suriyaya nəzarət uğrunda savaş: Şoyqunu İsrailə aparan səbəb
Tarix: 20.10.2017 | Saat: 19:29:00 | E-mail | Çapa göndər
Ekspert:
“İŞİD” mövzusu artıq siyasi xarakterli problem deyil. Əsas problem qalan müxalifət gücləri ilə nə etməkdir”

Bu ayın sonunda Suriya münaqişəsinin həlli ilə bağlı növbəti Astana danışıqlarının keçirilməsi nəzərdə tutulub. Şübhəsiz ki, əsas müzakirə mövzusu Rusiya, İran və Türkiyənin Suriyada yaratdığı təhlükəsizlik zonaları ilə olacaq. Rusiyanın müdafiə naziri Şoyqunun bu həftə içində İsrailin müdafiə naziri Liberman və BMT-nin Suriya üzrə nümayəndəsi Mistura ilə görüşməsi də Astana danışıqlarına hazırlıq kimi dəyərləndirilir.
Libermanla görüşün sonunda Şoyqu bildirib ki, Suriyada anti terror əməliyyatları sona çatmaqdadır: “Bəzi məqamlar qalıb ki, onlar da təcili müzakirə və qərarlar qəbul edilməsini tələb edir. Hərbi sahədə əməkdaşlıqla yanaşı, regionda terrorizmə qarşı mübarizəni geniş müzakirə etdik”. Liberman isə bildirib ki, onlar Suriyanın daxili işlərinə qarışmaq fikrində deyillər. Amma Suriyanın İranın forpostu olmasına və İrandan Suriya vasitəsilə Livana silah daşınmasına imkan verməyəcəklər. Şoyqu-Liberman görüşü keçirilən gün İsrail aviasiyasının Bəşər Əsədə tabe olan hava hücumundan müdafiə batareyalarından birini bombalaması Təl-Əvivin müəyyən narazılığından xəbər verir. İsrail bu addımını müşahidə uçuşu həyata keçirən təyyarələrinin Livandan atəşə tutulması ilə izah edib. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan di Mistura isə Şoyqu ilə görüşdə təhlükəsizlik zonası mərhələsindən daha dayanıqlı formata keçilməsini müzakirə etdiklərini bildirib. Bu ərəfədə “İŞİD”in “paytaxtı” adlandırılan Rakkanın azad edilməsi terror təşkilatına qarşı mübarizənin final mərhələsi kimi dəyərləndirilir. Ekspertlər hesab edir ki, Rusiya, Türkiyə və İranın təminatçı dövlət olması ilə formalaşan təhlükəsizlik zonası hələ tam şəkildə fəaliyyət göstərə bilmir. Çünki bir neçə dəfə Astana danışıqlarında iştirak edən qrupların bombalanması faktı baş verib. Bundan savayı təhlükəsizlik zonasına nəzarət mexanizmi hələ tam bəlli deyil. Provokasiya olarkən və ya qaydaların pozulması halında hansı tədbirlərin görüləcəyi də müəyyənləşməyib. İdlibin şimal zonasının necə bölünəcəyi qeyri-müəyyəndir. Rusiyalı eskpert Kiril Semenov bildirib ki, Şoyqunun terrorçulara qarşı mübarizənin sona yaxınlaşması ilə bağlı açıqlaması Moskvanın əsas qüvvələrini ərazidən çıxarmasına işarə ola bilər: “Suriyada güc balansı elədir ki, Rusiya əsas qüvvələrini ərazidən çıxarsa Bəşər Əsəd istənilən şəkildə mübarizə apar bilməyəcək. Homs və Deyr-əz-Zorda həyata keçirilən əməliyyatlar Əsəd ordusunun dayanıqsız olduğunu ortaya qoydu. Rusiya aviasiyası olmadan Əsədə çox çətin ola bilər. Suriyanın şərqində “İŞİD”çilərin sayı 8 min nəfər olduğu halda, müxalifət gücləri təxminən 120 mindir. Deməli, sülh prosesi tam şəkildə işə düşməyincə Rusiyanın hərbi mövcudluğu Əsəd üçün vacibdir”. “Al-Monitor” nəşrinin Rusiya bürosunun rəhbəri Maksim Suçkov “Nezavisimaya qazeta” nəşrinə bildirib ki, “İŞİD” mövzusu artıq siyasi xarakterli problem deyil. Əsas problem qalan müxalifət gücləri ilə nə etməkdir: “Dəməşq yaxınlığında böyük gücə malik olan müxalifət qüvvəsi var və onlar maraqlarının nəzərə alınması üçün danışıqlar prosesinə iştirak etmək istəyirlər. Bəşər Əsəd gələcək hakimiyyət konfiqurasiyasına onları daxil etmək istəmir. Moskvanın onlara təsir imkanları və vasitəçi olma şansı dəyrləndirilir”. Burada ən incə məqamlardan biri də İranın Suriyada təsirinin artmasıdır. Ekspertlər hesab edir ki, Şoyqunu İsrailə səfərə aparan əsas səbəb də elə budur. Moskva bu təsiri özü üçün müəyyən çərçivə ilə məhdudlaşdırmaq istəyir. Digər amil də İranla bağlıdır, amma ABŞ-ın təsiri ilə. Moskva ABŞ-ın başçılıq etdiyi koalisiyanın “İŞİD”dən sonra antiiran kampaniyasında mümkün iştirakını müəyyən etməyə çalışır. Bu sahədə amerikalı instruktorların sayı kifayət qədərdir. Kreml ABŞ-ın həmin şəxsləri Suriyada İran təsirinə qarşı mübarizəyə yönləndirməyə nə qədər hazır olduğunu aydınlaşırmaq istəyir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Ərdoğan: “Siyasətin qapıları hər zaman açıqdır”
24.11.2017
Zimbabvenin yeni prezidentinin andiçmə mərasimi olub
24.11.2017
Santa Monika Kollecində Azərbaycana dair mühazirə keçirilib
23.11.2017
“The Wall Street Journal”: “Rusiya Suriya probleminin həllində aparcı rol oynayır”
23.11.2017
Finlandiya poçtu əlavə xidmətlər göstərəcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info