“2018-ci ildə sürətli iqtisadi inkişafın olacağı proqnozlaşdırılır”
Tarix: 20.10.2017 | Saat: 19:48:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə “İqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai mühazirə keçirib. Tədbirdə ADPU-nun rəhbərliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, zaman-zaman universitetdə müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış və nüfuzlu insanlarla görüşlər keçirilib. Bugünkü ictimai mühazirənin keçirilməsində məqsəd ADPU-nun müəllim və tələbələrinə ölkədə gedən iqtisadi proseslər, qazanılan uğurlar barədə məlumat verməkdir. Rektor müəllim və tələbələri ictimai mühazirədə fəal olmağa çağırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı ictimai mühazirənin təşkil edilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmizin ümumi inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdəki ictimai-siyasi sabitlik iqtisadi inkişafa zəmin yaradıb. 1996-2016-cı illərdə Azərbaycanda ardıcıl surətdə iqtisadi artım olub. Bu iqtisadi artım neft amilinə əsaslanırdı. Lakin sonradan neftin qiymətinin düşməsi, neft hasilatının azalması və neftin maya dəyərinin yüksəlməsi yeni iqtisadi modelə keçidin zəruriliyini ortaya qoydu. Prezident İlham Əliyev bunu nəzərə alaraq strateji yol xəritələrini elan etdi. 12 strateji yol xəritəsi işlənib hazırlandı. Bu yol xəritələrinin icrası ilə bağlı geniş ictimaiyyətin iştirakı ilə müzakirələr aparılır. 2017-ci il tarixə iqtisadi islahatlar ili kimi düşdü. Bunun nəticəsində bu il iqtisadi artım baş verdi. 2018-ci ildə sürətli iqtisadi inkişafın olacağı proqnozlaşdırılır. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində manatın sabitliyi saxlanıldı. Azərbaycan 7 neft-qaz kəmərinə malikdir. Ölkəmizdə əlverişli biznes mühiti mövcuddur, sahibkarlığa yüksək səviyyədə dəstək verilir. Azərbaycanda sənaye parkları, sənaye məhəllələri və texnoloji parklar fəaliyyət göstərir. Həmin sənaye parklarında, sənaye məhəllələrində və texnoloji parklarda bütün infrastruktur yaradılıb. Qeyri-neft sektorunun-kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərilir. Aqrar sahədə böyük təsərrüfatlar yaradılır. Onlara güzəştli subsidiyalar ayrılır, texniki təchizatı təmin edilir. Azərbaycan məhsulları dünya bazarına çıxarılır. Bir müddət öncə Dünya İqtisadi Forumunun yaydığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 2 pillə irəliləyərək 35-ci yerə yüksəlib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Vüsal Qasımlı tələbə-gənclərə yaxşı oxumağı, yüksək səviyyəli mütəxəssis kimi yetişməyi tövsiyə edib. Çünki yüksək bilik və bacarıqlar insan kapitalının formalaşmasında həlledici rol oynayır.
Maraqlı keçən görüşdə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, təhsil xidmətləri, təhsilin kommersiyalaşdırılması, əmək bazarının tələblərinə cavab verən müasir və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması və təhsil sahəsində yüksək inkişaf etmiş dövlətlərin təcrübəsinin öyrənilib tətbiq edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif suallar cavablandırılıb.
Sonda rektor Cəfər Cəfərov ictimai mühazirənin keçirilməsinə görə iqtisadçı-alim Vüsal Qasımlıya təşəkkür edib və belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
“Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var”
20.11.2017
Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı sənəd imzalanıb
20.11.2017
ASK: “Regionlarda görülən işlər qeyri-neft sahələrinin inkişafına zəmin yaradıb”
20.11.2017
BDU-nun 98 illiyinə həsr olunmuş intellektual yarış keçirilib
20.11.2017
Oruc Zalov: “Bəzi işbazlar uşaq əməyindən istifadə edirlər”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info