“Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” (Yenilənib)
Tarix: 20.10.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib
İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib. Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının - D-8-in baş katibi Seyid Ali-Mohammad Musəvi Zirvə görüşünü açıq elan edərək tədbirin əhəmiyyətindən danışıb. D-8 təşkilatının hazırkı sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasi qurumun müasir dövrdə fəaliyyətinin daha da genişləndirilməsində üzv ölkələrin səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Pakistan D-8 təşkilatına sədrliyi dövründə bu qurumun möhkəmlənməsinə və inkişafına çalışıb. Məhz bu dövrdə D-8 BMT-də müşahidəçi statusu əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Pakistanın Baş naziri deyib ki, qurumun üzvləri 20 il ərzində iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələri inkişaf etdiriblər. Baş nazir Şahid Xaqan Abbasi D-8 təşkilatına sədrliyin Pakistandan Türkiyəyə keçdiyini elan edib. Təşkilatın yeni sədri, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında üç qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün keçirilməsinin önəmini qeyd edib. Son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, terrorizmin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini deyən Türkiyə Prezidenti təəssüflə bildirib ki, qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır. Dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofobiyanın və ksenofobiyanın artdığını, miqrant böhranının dərinləşdiyini bildirən Türkiyə Prezidenti deyib ki, D-8 ölkələri dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malikdir. Prezident Rəcəb Tayyib Ərdoğan üzv ölkələrin bu potensialından tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini qeyd edib. Türkiyə Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq D-8 üzvlərinin sayının artırılmasının, qarşılıqlı ticarətin milli valyutalarla aparılmasının təşkilatın daha da güclənməsinə imkan yarada biləcəyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev D-8 IX Zirvə görüşündə çıxış edib. Prezident çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Prezident deyib ki, 2015-ci ilin noyabr ayında “Böyük iyirmilər”in Zirvə görüşü Türkiyənin Antalya şəhərində keçirilib. Türkiyə bu görüşə qrupa üzv olmayan yalnız bir ölkəni xüsusi qonaq kimi dəvət edə bilərdi və Prezident Rəcəb Tayyib Ərdoğan bu tədbirə Azərbaycanı dəvət edib: “Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir”. Prezident görüş iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib: “Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir. Ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq. Hörmətli görüş iştirakçıları, Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz. İki gün əvvəl Azərbaycan müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edib. Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artmış, 2 milyona yaxın iş yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub. Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir. Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaqdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır”. Zirvə görüşündə D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənilib, gündəlikdə duran məsələlər müzakirə olunub. IX Zirvə görüşünə yekun vuran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8-in dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da töhfə verəcəyinə əminliyini bildirib. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb. D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir. Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib. Doqquzuncu Zirvə görüşü ilə D-8 təşkilatının fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. Bununla da Azərbaycan Prezidentinin Türkiyəyə səfəri başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
16.12.2018
Salome Zurabişvili Gürcüstanın Prezidenti oldu
15.12.2018
Ermənistan atəşkəs rejimini 21 dəfə pozub
15.12.2018
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olublar
14.12.2018
Prezident İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
14.12.2018
Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı fəxri ad və medallarla təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


17.12 00:33 Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:46] Tbilisi, 16 dekabr, AZƏRTAC Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub. Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin AddThis Sharing Buttons Share to FacebookShare to TwitterShare to Çap etShare to Daha Çox MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 12.12.2018 [12:48] NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir 12.12.2018 [12:40] Xələf Xələfov: Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir VİDEO 07.12.2018 [12:46] Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 06.12.2018 [21:21] Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək 1 / 1 MULTİMEDİA VİDEO İNFOQRAFİKA Misirdə 4400 illik məzar aşkar olunub 16.12.2018 [19:57] Misirdə 4400 illik məzar aşkar olunub İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb 16.12.2018 [15:48] İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub 16.12.2018 [15:34] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub Sabahdan hava qeyri-sabit keçəcək 16.12.2018 [14:32] Sabahdan hava qeyri-sabit keçəcək Bütün Videolar SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [18:15] Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:34] Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [15:42] Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [07:41] Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək 16.12.2018 [01:25] On bir ayda mebel istehsalı iki dəfədən çox artıb 15.12.2018 [18:06] Bu il ölkədən 244,3 min ton kimya sənayesi məhsulları göndərilib ELM VƏ TƏHSİL ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib 15.12.2018 [11:21] Elmə həsr edilmiş nurlu ömür 14.12.2018 [21:18] “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platformasıdır 14.12.2018 [19:10] Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə təsiri araşdırılıb MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [08:18] “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 15.12.2018 [22:04] Portuqaliya klassik musiqisi ilə muğamın sintezi 15.12.2018 [20:21] Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib TURİZM Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 13.12.2018 [15:41] Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb 07.12.2018 [17:58] Şimali Qafqaz və Azərbaycan kurortları arasında əməkdaşlıq inkişaf edir 06.12.2018 [19:10] AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb SƏHİYYƏ Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər 15.12.2018 [11:22] Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib 14.12.2018 [18:35] Azərbaycan Tibb Universitetində daha 6 şöbənin hesabatı dinlənilib 14.12.2018 [15:19] Uşaqlarda nitq qüsurları EKOLOGİYA Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [13:59] Sabahın hava proqnozu açıqlanıb 15.12.2018 [17:51] “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına “ASAN xidmət” də qoşuldu 15.12.2018 [16:23] Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 15.12.2018 [18:38] Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıb 15.12.2018 [17:16] İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub Xəbərin mətnində orfoqrafik səhv var SON XƏBƏRLƏR [00:00] DÜNYA Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır 16.12.2018 [23:20] İDMAN Türkiyə Superliqası: “Beşiktaş” komandası “Trabzonspor”la oyunda hesabı son dəqiqələrdə bərabərləşdirməyi bacarıb 16.12.2018 [22:51] DÜNYA Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb 16.12.2018 [22:46] SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:22] İDMAN İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i məğlub edərək liderliyi qoruyub 16.12.2018 [22:11] DÜNYA Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq 16.12.2018 [21:30] İDMAN Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib 16.12.2018 [21:03] DÜNYA ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb 16.12.2018 [20:15] DÜNYA Qırğızıstanda avtomobil qəzası dörd nəfərin həyatına son qoyub 16.12.2018 [19:48] MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [19:00] İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [18:15] SİYASƏT Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:49] DÜNYA İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb 16.12.2018 [17:34] SİYASƏT Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [17:12] DÜNYA Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb 16.12.2018 [16:41] İDMAN “Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib 16.12.2018 [16:09] DÜNYA Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib 16.12.2018 [15:42] SİYASƏT Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib 16.12.2018 [15:18] DÜNYA İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub 16.12.2018 [14:52] DÜNYA İraqın şimalında daha 10 terrorçu məhv edilib 16.12.2018 [14:40] CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [14:12] CƏMİYYƏT Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [14:07] SİYASƏT Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:59] CƏMİYYƏT Sabahın hava proqnozu açıqlanıb 16.12.2018 [13:30] İDMAN Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq 16.12.2018 [13:16] İDMAN Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik 16.12.2018 [13:06] DÜNYA Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [13:02] SİYASƏT Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 16.12.2018 [12:00] CƏMİYYƏT Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 16.12.2018 [10:46] SİYASƏT Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO 16.12.2018 [10:09] REGİONLAR Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [09:40] DÜNYA Çində 5,7 bal gücündə zəlzələ olub 16.12.2018 [08:46] DÜNYA Yaponiya Çinin 5G texnologiyalarını ölkəyə buraxmamağa çalışır 16.12.2018 [08:18] MƏDƏNİYYƏT “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 16.12.2018 [07:41] İQTİSADİYYAT Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ƏN ÇOX OXUNAN 16.12.2018 [14:12] Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [03:40] Bu gün Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək 16.12.2018 [13:06] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [10:09] Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür Prev Next Mo Tu We Th Fr Sa Su 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 MÜSAHİBƏ 16.12.2018 [14:07] Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:02] Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 15.12.2018 [10:30] General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir 13.12.2018 [19:07] Ələkbər Mustafayev: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin reallaşdırdığı layihələr 8 mindən çox gənci əhatə edib ANALİTİKA 15.12.2018 [13:00] Yüz iyirmi ilin qiymətli ekran əsərləri və ya böyük tarixi olan Azərbaycan kinematoqrafiyası 12.12.2018 [12:01] Azərbaycanın özü qədər əbədi LİDER 11.12.2018 [12:27] Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır 08.12.2018 [15:52] Dünyaya sığmayan şairə sığınan dünya BU MARAQLIDIR 15.12.2018 [14:24] Kanada vergi sistemi 11.12.2018 [16:08] İrlandiyada vergi sistemi 08.12.2018 [18:02] Yaponiyada miras qalan evlərə sahiblik etmək istəyən yoxdur 06.12.2018 [15:14] Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info