Müasir İncəsənət Muzeyində gənc rəssamların sərgisi
Tarix: 11.05.2013 | Saat: 01:58:00 | E-mail | Çapa göndər


Müasir İncəsənət Muzeyində Beynəlxalq Səyyar İncəsənət Akademiyasının gənc rəssamlarının sərgisi keçirilib. Rusiyalı 8 rəssam Bakıda ilk dəfə təşkil olunan və mayın 2-dən start götürən unikal layihə çərçivəsində Bakının gözəl məkanları, qonaqpərvər insanları, qədim arxitekturası və müasir binalarından ilhamlanaraq müxtəlif janrda əsərlər yaradıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin genişlənməsi, rəssamların Azərbaycanın mədəni irsi ilə tanışlıq, yaradıcı gənclərə dəstək məqsədi daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan bu layihə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Beynəlxalq Proqramlar Direksiyasının birgə iştirakçılığı ilə reallaşdırılıb.
Müasir İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edən Leyla xanım Əliyeva gənc rəssamların Bakı təəssüratlarının əks olunduğu əsərlərlə tanış olub.
Tədbirdə çıxış edən Beynəlxalq Proqramlar Direksiyasının rəhbəri Tatyana Şumova layihənin əhəmiyyətini vurğulayaraq 8 gün ərzində reallaşdırılan bu aksiyanın mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, xalqların bir-birini yaxından tanıması baxımından önəmli olduğunu bildirib.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info