101 nəfər əlil istirahət mərkəzinə göndərilib
Tarix: 23.10.2017 | Saat: 11:19:00 | E-mail | Çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 101 nəfər əlilliyi olan şəxs xüsusi  ayrılmış nəqliyyat vasitələri ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə istirahətə yola salınıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin ötən dövründə 1 266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahəti təşkil edilib. Onlardan 466 nəfəri Lənkəran, 550 nəfəri Xaçmaz (Nabran), 250 nəfəri isə Quba rayonundakı istirahət mərkəzlərinə göndərilib. 
 
Əlilliyi olan şəxslərin yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri vurğulanıb. Bildirilib ki, əlilliyi olan vətəndaşların reabilitasiya tədbirlərinə cəlb olunması yönündə də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin yanvar-sentyabr aylarında nazirliyin reabilitasiya müəssisələrində 16 601 nəfər  əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, əlilliyi olan şəxslərə  ümumilikdə 22 453 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
 
Pensiya və sosial müavinətlərlə, sosial xidmətlərlə təmin olunanların da mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Əlilliyi olan insanların peşə reabilitasiyası da diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində istifadəyə verildiyi 2013-cü ilin dekabr ayından bəri 1 215 nəfər sağlamlıq imkanları məhdud gənc üçün peşə hazırlığı kursları təşkil olunub. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
İşçilərin aylıq vəzifə maaşları təsdiqlənib
20.11.2017
Əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır
20.11.2017
Müsabiqə qalibləri olan tələbələr mükafatlandırılıblar
20.11.2017
Salyanda da uşaqlara siqaret satmaq qadağandır
20.11.2017
Xətai rayonunda iməcilik təşkil olunub

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info