Daşkənddə “Odlar yurdunun naxışları” Azərbaycan xalçalarının daimisərgi zalının açılışı olub
Tarix: 23.10.2017 | Saat: 12:09:00 | E-mail | Çapa göndər
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçaları sərgi zalının açılışı olub.
Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən bütün tədbirlərdə xalq sənətlərinin ən geniş yayılmış növü, Azərbaycan xalqının rəmzinə çevrilmiş xalça sənətini təbliğ edir, Özbəkistanın aparıcı kitabxanalarına “Azərbaycan xalçaları” “İrəvan xalçaları” kitabları bağışlanır, Özbəkistanın aparıcı xəbər saytlarında çoxsaylı məqalələr dərc olunur. Mərkəzdən verilən məlumata görə, tədbirdən öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçaları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özündə əks etdirən xüsusi kompozisiya ilə tanışlıq olub. Daha sonra isə Azərbaycan xalçaları mövzusunda bir sıra məruzələr təqdim olunub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalçaları haqqında məruzə edərək, xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş etdirdiyini və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçilərin yazdıqlarını qeyd edib. O, Azərbaycan dövlətinin milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verdi. Azərbaycan ərazisinin yüzdə 20 faizinin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunduğunu, zəbt olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qaldığını, 22 muzeyin, 4 rəsm qalereyasının tamamilə işğalçılar tərəfindən məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin, İslam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim xalça məmulatlarının talançıların əlinə keçdiyini qeyd edib. Samir Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və 2010-cu ildə Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.
Digər çıxış edənlər Özbəkistanın Dövlət Tarix Muzeyinin direktoru professor Cənnət İsmayılova, Milli Elmlər Akademiyanın Əsaslı Kitabxanasının direktoru Zuxra Berdiyeva Azərbaycan xalqının istedadını, onun qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın Azərbaycan xalqının vizit kartına çevrildiyini qeyd ediblər. Özbəkistanda da xalça sənətimizin alternativi olan ipək parçalar üzərində syuzannalar ilə oxşar və fərqli cəhətləri barədə məruzələr ediblər, dünyada ilk dəfə olaraq Azərbaycanda yaradılan unikal xalça muzeyi haqqında fikirlərini bölüşüblər.
Özbəkistanda Azərbaycan xalçalarının tanıdılması və satışı ilə məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin Museyibzadə Azərbaycan xalçalarının rəngarəngliyi, özünəməxsusluğu, onu dünyaya sevdirən xüsusiyyətləri barədə məruzə edib. O, təmsil etdiyi təşkilat adından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni yaradılan “Azərbaycan xalçaları” daimi sərgi zalına Qarabağ xalçasını hədiyyə edib.
Tədbirdə Azərbaycanın əsrarəngiz xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı prezentasiya və videomaterial iştirakçılara təqdim olunub.
Daha sonra “Odlar yurdunun naxışları” Azərbaycan xalçalarının daimi
sərgi zalının açılışı olub. Açılış lenti kəsildikdən sonra ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilib.
Qeyd edək sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı Şirvan, Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgilənib. Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-ə yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir. Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalarının daimi sərgisi qardaş ölkədə böyük marağa səbəb olub və yerli mətbuat açılışı geniş işıqlandırıb.
Tədbirin sonunda Özbəkistanın “Surxan” musiqi qrupu Azərbaycan və özbək mahnılarını ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
“Rusiya və Azərbaycan strateji tərəfdaşdır”
18.11.2017
Rusiyada avtobus yük avtomobili ilə toqquşub
18.11.2017
Latviya Müstəqillik Gününü qeyd edir
17.11.2017
Meksika KİV: “Deputatların işğal olunmuş ərazilərə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir”
17.11.2017
“Ermənilərdən kimlərsə Rusiyada qanun qarşısında hamının bərabər olduğunu anlaya bilməyib”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info