Şəkərli diabetlə mübarizədə fərqlənən şəxslər üçün mükafat təsis edilib
Tarix: 23.10.2017 | Saat: 13:03:00 | E-mail | Çapa göndər
Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkəti əhali arasında şəkərli diabetə qarşı mübarizədə maarifləndirməni artırmaq məqsədilə birgə layihənin həyata keçirilməsinə başlayıb.
 
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetlə mübarizədə fərqlənən şəxslər üçün mükafat təsis edilib.
 
Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə ölkəmizdə “Azerbaijan Changing DiabetesTM Awards” layihəsi çərçivəsində 4 nominasiya üzrə mükafatlar təqdim olunacaq.
 
Hər nominasiya üzrə qaliblər aşağıda göstərilən meyarlar üzrə müəyyənləşəcək.  
 
1. İlin ən yaxşı gənc tədqiqatçısı. Bu nominasiyada şəkərli diabet üzrə elmi araşdırma və məqalə müəllifləri, elmi konfrans və seminarların fəal iştirakçısı olan, Beynəlxalq Diabet Federasiyasının tədbirlərində iştirak edən gənc tədqiqatçılara üstünlük veriləcək.
 
2. İlin ən yaxşı həkimi. Şəkərli diabetin müalicəsində innovativ metodlardan istifadə edən, elmi konfrans və seminarların fəal iştirakçısı olan, müasir protokollara əsasən pasiyentərini müalicənin erkən mərhələsində insulinə keçirtməyə təşəbbüs göstərən, HbA1c göstəricisi ciddi nəzarət altında saxlanılan pasiyentləri olan həkimlərə üstünlük veriləcək.
 
3. İlin ən yaxşı jurnalisti. Şəkərli diabet xəstəliyi ilə mübarizəyə dair, o cümlədən şəkərli diabet haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müraciət edə bilərlər. Şəkərli diabetli pasiyentlərin həyat tərzinin yaxşılaşdırlımasına yönəlmiş, həmçinin şəkərli diabetin müalicəsinin xərclərinə və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək.
 
4. İlin ən yaxşı təlimçisi. Bu nominasiya üzrə şəkərli diabeti olan pasiyentlərə diabet haqqında keyfiyyətli təlim keçən şəxslər mükafatlandırılacaq.
 
Mükafatın sahiblərini maraqlı hədiyyələr gözləyir.
 
Qeyd olunan nominasiyalar üzrə namizədlər müraciətlərini  acda2017@novonordisk.com e-mail ünvanına göndərə bilərlər. Namizədlərdən tərcümeyi-halı, özləri haqqında ətraflı məlumatı və nominasiyaya uyğun sənədləri müraciətə əlavə etmələri xahiş olunur. Müraciətlər 23 oktyabr - 1 noyabr 2017-ci il tarixlərində qəbul edilir. Bundan sonra ekspertlərdən ibarət Komitə üzvləri müraciətləri təhlil edərək hər nominasiya üzrə qalibləri müəyyənləşdirəcək. “Azerbaijan Changing DiabetesTM Awards” mükafatı noyabr ayında keçiriləcək mərasimdə təqdim olunacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
İşçilərin aylıq vəzifə maaşları təsdiqlənib
20.11.2017
Əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır
20.11.2017
Müsabiqə qalibləri olan tələbələr mükafatlandırılıblar
20.11.2017
Salyanda da uşaqlara siqaret satmaq qadağandır
20.11.2017
Xətai rayonunda iməcilik təşkil olunub

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info