Aşıq Ədalətin xatirəsi yad edilib
Tarix: 23.10.2017 | Saat: 13:44:00 | E-mail | Çapa göndər


Qazax Rayon İcra Hakimiyyəti (QRİH) və “Qazax” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Bakıda görkəmli saz ustadı, Əməkdar İncəsənət Xadimi Aşıq Ədalət Nəsibovun xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə aşığın həyat və yaradıcılıq yoluna geniş nəzər salınıb.
Rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova bildirib ki, Ədalət Nəsibovun yaradıcılığı, onun Azərbaycan mədəniyyətinə, poeziyasına bəxş etdiyi yüzlərlə sənət incisi, saz havası, aşıq musiqisi bu gün gənc sənətkarlar üçün bir örnəkdir. Ədalət Nəsibov bu gün aşıq sənətində xüsusi yeri olan, böyük zirvələr fəth etmiş, ən əsası isə solo saz sənətini yaradan bir sənətkardır.
İB-nin sədri, Əməkdar Müəllim, professor İlham Pirməmmədov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsini xüsusi vurğulayıb. Qeyd edib ki, bu sənətin yaşadılmasında, inkişafında Ədalət Nəsibov kimi sənətkarların müstəsna xidmətləri var.
Aşığın ifalarının ölkəmizin hüdudlarını aşaraq böyük coğrafiyada yayıldığını, YUNESKO tərəfindən lentə alndığını söyləyib.
Tədbirdə filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Bakı Dövlət Universitetinin müəllimi Məti Osmanoğlu, Əməkdar Mədəniyyət işçiləri Aşıq Avdı Musayev, Aşıq Ədalət Dəlidağlı və başqaları Ədalət Nəsibovun saz ifaçılığının, unudulmaz lent yazılarının əsrlərlə yaşayacağını söyləyiblər. Vurğulanıb ki, bunun başlıca səbəbi aşığın xalqın ürəyində hələ sağlığında özünə heykəl ucaltmasıdır.
Mərasimdə “Dəli-Kür” qəzetinin Aşıq ədalətə həsr etdiyi “Dədə Ədalət” adlı xüsusi buraxılışının təqdimatı keçirilib.
Mərasimdə görkəmli aşığa həsr edilmiş şeirlər oxunub, onunla bağlı xatirələr dinlənilib.
Sonda aşığın oğlu Hekayət Nəsibov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
“Qafqaz - Gürcüstana və Azərbaycana kulinar səyahət“ adlı kitab nəşr olunub
19.07.2018
Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19.07.2018
“Şamil Qazıyevin həyat və yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb
19.07.2018
Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkmək niyyətindədir
18.07.2018
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9674

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info