“AŞPA və digər belə qurumlar kiçik geosiyasi maraqlara ədaləti qurban verir”
Tarix: 23.10.2017 | Saat: 13:58:00 | E-mail | Çapa göndər
"Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz". 
Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib. 
N. Məmmədov bildirib ki, Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür: "Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir. Söhbət ondan gedir ki, Azərbaycan Avropa Şurasında qalmaq istəyər, yaxud istəməz. Buna Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir. Azərbaycan lazım bilən zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər". 
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların, qurumların ədalətli olmasını istəyir: "Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Təəssüflər olsun ki, AŞPA və digər belə qurumlar kiçik geosiyasi maraqlara ədaləti qurban verir. Ədalətin olmadığı yerdə isə qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz. Ədalət yoxdursa, insan haqları, azadlıqlar məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq". 
N. Məmmədov nəzərə çatdırıb ki, 21-ci əsrdə, insan intellektinin ən yüksək inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasında, ölkələrdə baş verən proseslər göz önündədir: "İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, həyatını itirir, bu barədə danışan yoxdur. Halbuki bu proseslər öz-özünə baş vermir. Özü də bundan tək bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və həmin böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər. 20-ci əsrdə iki dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
“Azərbaycan qətnamələrin icrasını tələb edir”
20.11.2017
“Erməni ekspertlər daim şikayətlənirlər ki, Ermənistan müstəqil xarici siyasət kursuna malik deyil”
20.11.2017
“Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən çox məmnun olarıq“
20.11.2017
“ABŞ-la münasibətlərimizin bəzi sahələrdə dalana dirənməsinin Qarabağ məsələsində əməkdaşlığa təsiri yoxdur”
20.11.2017
“Bakı-Tbilisi-Qars ilk növbədə Azərbaycan, Gürcüstan və Türkiyəyə müsbət töhfə verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info