Kürdəmirdə 3 yaşlı qızı öldürən şəxs yaxalanıb
Tarix: 11.05.2013 | Saat: 02:01:00 | E-mail | Çapa göndər


Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada deyilir:



“Mayın 9-da 2010-cu il təvəllüdlü Mələk Mahmudovanın meyitinin Kürdəmir şəhəri, H.Əliyev prospekti, ev 2/8 nömrəli ünvanda aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Qeyrət Süleymanov qeyri-rəsmi nikah münasibətlərində olmaqla bir evdə yaşadığı R. Mahmudova ilə mayın 7-də şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı sonuncunu döyərək ona bədən xəsarətləri yetirib. Mayın 8-də R. Mahmudova Q. Süleymanovun yatmasından istifadə edərək evdən qaçıb və sonuncu tərəfindən döyülməsi barədə rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib, lakin qızını evdən aparmağa imkan tapmayıb. Q. Süleymanov R. Mahmudova ilə telefonla əlaqə saxlayaraq barəsində yazdığı şikayəti geri götürməyəcəyi təqdirdə onun azyaşlı qızını öldürəcəyi ilə hədələyib və həmin gün azyaşlı M. Mahmudova ilə evdə tək qaldıqları şəraitdə sonuncunu qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə sillə, yumruq və təpiklə zərbələr vuraraq onu öldürüb və hadisə yerindən qaçıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Qeyrət Süleymanov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Belçikaya mәxsus qırıcı Fransada qәzaya uğrayıb
19.09.2019
Ukraynada körpünü partlatmaq istəyən şəxs saxlanılıb
19.09.2019
Əfqanıstanda güclü partlayış olub: 7 ölü, 85 yaralı
18.09.2019
Hindistanda ildırım 17 nəfəri öldürdü
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info