“TRT HABER” erməni terrorizminin dəhşətli nəticələri ilə bağlı veriliş yayımlayıb
Tarix: 23.10.2017 | Saat: 15:42:00 | E-mail | Çapa göndər
Türkiyənin aparıcı “TRT HABER” televiziya kanalı erməni terrorizminə həsr olunan geniş veriliş yayımlayıb.
“Örtülən tarix” adlı verilişdə erməni terrorizminin yaranması, genişlənməsi, türk diplomatlarına qarşı törədilən amansız terror aktları, bu cinayətləri həyata keçirən terrorçuların qanunsuz olaraq həbsdən azad edilməsi kimi məqamlar yer alıb.
Veriliş keçmiş səfirlər - Ömər Lütəm və Nuri Yıldırım, araşdırmaçı-yazıçı Reyhan İşəri və Fatma Sarıkayanın təhlilləri əsasında hazırlanıb. Kadrlarda erməni terrorçularının türk diplomatlarına və Türkiyənin xarici ölkələrdəki şirkətlərinin ofislərinə qarşı tətbiq etdikləri terror aktlarının ağır nəticələri, həmin cinayətlər barədə KİV-lərdə yayılan xəbərlər əks olunub. Birmənalı olaraq əsaslandırılıb ki, erməni terrorizminin geniş yayılmasında və müasir dövrdə canlanmasında əsas amil dünyadakı ikili standartlardır. Qeyd olunub ki, terrorçunun yanında olmaq özü də cinayətdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.11.2017
Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb
21.11.2017
Xeyirxahlığından həzz alan insan
21.11.2017
Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
21.11.2017
Leyla Əliyeva “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə“ sərgisinin açılışında iştirak edib
21.11.2017
Akademik Möhsün Nağısoy: “Dilimizin daxili imkanları hesabına yeni sözlər yaratmalıyıq ”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info