“Fransada “Naxçıvanın arxeoloji xəzinəsi” adlı sərgi təşkil ediləcək”
Tarix: 23.10.2017 | Saat: 16:37:00 | E-mail | Çapa göndər
Mən Naxçıvanın bir çox yerlərində oldum və zəngin təəssüratlarım var. Naxçıvan sakinlərinin yüksək qonaqpərvərliyi məni valeh etdi. Duzdağdakı Fizioterapiya Mərkəzinə heyran qaldım. Bu yer çox qeyri-adidir. Burada insanlar rahatlıq və şəfa tapa bilirlər. Bu, çox yaxşıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində oktyabrın 18-19-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez deyib.
Səfər çərçivəsində muxtar respublikada keçirdiyi görüşlər barədə də danışan diplomat bildirib ki, burada bütün sahələrdə əlaqələri müzakirə etmək imkanı oldu. O vurğulayıb ki, əməkdaşlıq bir çox sahələrdə inkişaf etdirilir. Xüsusilə universitetlər arasında əlaqələr fransız dilinin öyrənilməsi üçün böyük rol oynayır.
Orelia Buşez deyib: “Bildiyiniz kimi, fransız arxeoloqlar 10 ildən artıqdır ki, Naxçıvanda çalışırlar. Onların burada fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Gələn il Fransadakı muzeylərdən birində həmin tapıntılar əsasında “Naxçıvanın arxeoloji xəzinəsi” adı altında sərgi təşkil olunacaq”.
Naxçıvanın gözəlliyinin, təmizliyinin və abidələrinin qədimliyinin dünya üçün bir nümunə olduğunu vurğulayan səfir qeyd edib ki, bu abidələr Azərbaycanın tarixi və mədəniyyəti haqqında bizə çox şeylər danışır.
“Mən burada Möminə xatun türbəsini və Bayraq Meydanını çox bəyəndim. Naxçıvanqala Naxçıvanın tarixini yaşadır. Həmçinin Nuh Peyğəmbərin də məzarüstü türbəsi heyranedicidir. Bir sözlə, naxçıvanlılara qonaqpərvərliklərinə görə “çox sağ ol” deyirəm. Mən burada olduğuma görə çox şadam”, - deyə fransalı diplomat bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
Türkiyə NATO ilə əlaqələri kəsməyi planlaşdırmır
21.11.2017
Bakı Turizm Filmləri Festivalı İspaniya mətbuatında
20.11.2017
“Qarabağ”a qalib gəlmək asan olmayacaq”
20.11.2017
Brüsseldə separatizmlə bağlı Forum keçirilir
19.11.2017
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info