AzTU-nun tələbələri yüksək gərginlikli elektrik avadanlıqlarının diaqnostikasını aparıb
Tarix: 23.10.2017 | Saat: 17:05:00 | E-mail | Çapa göndər
Azərbaycan Texniki Universitetində (AzTU) “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə nəzəri biliklərlə yanaşı praktiki məşğələlər də yüksək səviyyədə tədris olunur.
Universitetin “Elektromexanika və Elektrik avadanlığı” kafedrasında tədris olunan “Elektrik avadanlıqlarının diaqnostikası” və “Kabel texnikası” fənləri üzrə dərslərin tədrisi zamanı yeni tədris texnologiyalarından, xüsusi ilə dual tədris texnologiyalarından istifadə olunur. Ən son texnologiyalardan hesab edilən dual tədris texnologiyası ilə dərslərin aparılması nəzəri biliklərin möhkəmlənməsi ilə paralel praktik vərdişlərin mənimsənilməsinə istiqamətlənib. Bu məqsədlə “Elektromexanika və Elektrik avadanlığı” kafedrası həmin dərsləri “Azərişıq” ASC–nin müasir sınaq və diaqnostika avadanlıqları ilə təchiz olunmuş Mobil Elektrotexniki laboratoriyasında tədris edir.
Növbəti tədris prosesi zamanı laboratoriyadan istifadə edilərək AzTU-nun 6 kV-lıq Transformator Məntəqəsində, yüksək gərginlikli elektrik avadanlıqlarının və kabel xətlərinin diaqnostikası aparılıb.
Qeyd edək ki, Elektrik mühəndisliyi sahəsində tədrisin yüksək səviyyədə təşkili üçün AzTU ilə “Azərişıq” ASC arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, universitetin Elektronika və energetika fakültəsində Elektrik mühəndisliyi üzrə təhsil alan tələbələr ixtisas fənnlərinin praktiki dərslərini “Azərişıq” ASC-nin Tədris Mərkəzində və yüksək gərginlikli yarımstansiyalarında keçirlər. Həmin dərslərdə “Azərişıq” ASC-nin təcrübəli mühəndislərinin də iştirakı tələbələrin praktiki bilikləri dərindən mənimsəməsinə təkan verir və Elektrik mühəndisliyi ixtisasını bitirən tələbələrin gələcəkdə işlə təmin olunmasına birbaşa şərait yaradır.




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
UNEC-də “açıq dərs“
21.02.2018
İsa Həbibbəyli: “Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir”
21.02.2018
Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib
21.02.2018
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018
BANM-in tələbələri yaz semestrində Yunanıstanda təhsil alacaqlar

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8455

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info