İlin rekordu və ilin ixtisası
Tarix: 23.10.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbində (BANM) indiki və gələcək dövrün ən tələbatlı ixtisası – proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası tədris edilir. BANM-dən bildirilib ki, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası burada təhsil alan tələbələrin bilik və intellektual səviyyəsinə görə ölkəmizdə bütün rekordları qırıb. Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında respublika üzrə 700 bal toplamış 15 tələbənin 7-si BANM-i, onların da 5-i proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib. BANM Prezident təqaüdçülərinin sayına görə respublikada ikinci yeri tutur. Bu ali məktəbdə 24 Prezident təqaüdçüsü təhsil alır ki, onlardan 21-i ixtisas olaraq proseslərin avtomatlaşdırılması mühəndisliyini seçib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına bu il 12-si qız, 28-i oğlan olmaqla 40 tələbə qəbul edilib. İxtisas üzrə minimal keçid balı 685, maksimal bal 700, orta bal isə 691 olub. Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərindən keçirdiyi nəzarət tədbirlərinə görə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Milli Qəhrəmanın xatirəsi anılıb
24.11.2017
Milli Kitabxanada Gülhüseyn Kazımlının kitabı təqdim olunub
24.11.2017
 Həsən Mirzəyevin anadan olmasının 90 illiyi qeyd edilib
24.11.2017
AGAT gənclərə bizneslə bağlı seminar keçəcək
24.11.2017
“Mehriban Əliyeva Çin ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info