Şərqi Avropa Brüssel üçün “zibil qutusu“ rolunda
Tarix: 23.10.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər
Qərbi Avropa ölkələrindən bu regiona göndərilən mallar keyfiyyətcə fərqlənir

Avropa Birliynə daxil olan şərq və qərb ölkələrində satışa çıxarılan eyni qida məhsulları, həm tərkibinə,həm dadına, həm də həcminə görə biri-birindən fərqlənir. Maraqlıdır ki, bu sıraya məhsulların sağlamlıq dərəcələri də daxil edilməlidir. Artıq bununla bağlı Slovakiya, Macarıstan, Çexiya, Polşa və Bolqarıstan hakimiyyətləri tərəfindən ilk həyəcan təbili çalınmaqdadır. Bu ölkələrə daxil olan qida məhsullarının analizini aparan Şərqi Avropa ölkələri Brüsseli "ərzaq aparteidində” günahlandırırlar.
«Bəzi məhsullar üçün Avropada ən real zibil qutusu halına gəlmişik»-deyə Çexiyanın kənd təsərrüfatı naziri Marian Yureçka bildirib.
Hələ bu ilin yazında Polşa, Çexiya, Slovakiya və Macarıstanın da daxil olduğu Vişeqrad qrupu Qərbi və Şərqi Avropa ölkələri üçün qida məhsulları istehsalında "ikili standartlar"la bağlı məsələ qaldırdılar. «Dördlük» Avropa Birliyinin eyni brendlə bu ölkələrə göndərdiyi məhsulların Qərbi Avropa ilə müqayisədə həm keyfiyyətində, həm də qiymətində böyük fərq olduğunu iddia etməyə başladılar. Təbii ki, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Qərb şirkətlərini müdafiə etməyə cəhd etsə də, Brüsseldə ona qahmar çıxan olmadı. Şərqi Avropa ölkələri tərəfindən təqdim edilən faktlar öz təsdiqini tapmış oldu. Belə ki, müqayisəli şəkildə Çexiyada satışa çıxarılan «Jacobs Krönung» kofelərinin tərkibi Almaniyada satılan eyniadlı məhsula ntsbətən 30 faiz az kofeinə malikdir. Başqa nümunə- Almaniyada satılan «Rama» marqarinləri Çexiyaya göndərilən marqarindən 10 faiz daha yağlıdır. Bu fərqi Şərqi Avropaya göndərilən bütün məhsullara şamil etmək olar. Bundan başqa, Almaniyada bir avroya satılan eynihəcmli konservləşdirilmiş ton balığı Çexiyada başqa qiymətə, təxminən bir avro yarıma satılır. Deyilən fərqlər Avropa Birliynə daxil olan Şərqi Avropanın bütün ölkələrində müşahidə edilir.
Slovak Dövlət Baytarlıq və Qida Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Bratislava və bir sıra Avstriya şəhərləri mağazalarında satışa çıxarılan məhsulların müqayisəsini aparıb. Nəticədə isə Avstriya mağazalanında satılan bütün məhsullar- sosis, pendir, süd məhsulları, şokolad, çörək, eyni marka və adlar altında satılan içkilər Bratislavada satılan eyniadlı məhsullarla müqayisədə həm keyfiyyət, həm də qiymət baxımından çox fərqlənir.
Maraqlıdır ki, bu fərq artıq Vişegrad qrupuna daxil olan ölkələrdə deyil, eyni zamanda Avropa Birliynə daxil olan Orta və Şərqi Avropanın bütün ölkələrində müşahidə edilməkdədir.
Belə ki, Baltikyanı ölkələr də artıq regiona daxil olan qida məhsullarının keyfiyyəti barədə həyəcan təbili çalmaq qərarı verib. Artıq bu üçlüyə daxil olan Litva dövləti ölkəyə daxil olunan qida məhsullarının keyfiyyətinin fərqliliyini araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasını müzakirə edir.
Xatırladaq ki, bu məsələ ilə bağlı Şərq ölkələrinin ilk etirazı Avropa Birliyinin bu ilin martında keçirilən sammitində səsləndirildi. Onlar Avropa Komissiyasına müraciət edərək, Qərbi və Şərqi Avropa ölkələrində keyfiyyətdə müxtəlif məhsulların satışını nəzərdən keçirməyi tələb etdilər.
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Vişegrad qrupu tərəfindən çıxış edən Slovakiya Baş naziri Robert Fiso ilə söhbətində onun iradlarını «qəbul edilə bilməz» kimi dəyərləndirib. Yunkerin sözlərinə görə, hər hansı bir ölkənin bazarına diqqət yetirən istehsalçılar, adətən milli mətbəxin xüsusiyyətlərini nəzərə alırlar və bunlardan asılı olaraq, bu və ya digər məhsulların xüsusi tərkibini də bunu uyğun müəyyənləşdirirlər. Maraqlıdır ki, eyni şərh istehsalçıların özləri tərəfindən də səsləndirilib. Təbii ki, bunlar Şərqi Avropa ölkələri tərəfindən o qədər də təqdirlə qarşılanmır. Belə ki, bu ayrı-seçkiliklə bağlı artıq siyasi bəyanatlar eşidilməkdədir. Maraqlıdır ki, belə siyasi bəyanatlar yalnız Şərqin siyasi qüvvələri tərəfindən deyil, həm də dövlət səviyyəsində eşidilməkdədir. Qeyd edilməlidir ki, Polşanın Avropa məsələləri üzrə dövlət katibi Konrad Şimanskiy 19-20 oktyabr tarixlərində Brüsseldə keçirilən ikigünlük Avropa Şurasının zirvə toplantısı ərəfəsində Varşavada hökumətin "Avropa Birliyinin müxtəlif bölgələri arasında maraqların bərabərsizliyi" olduğu barədə açıqlama verib. Onun sözlərinə görə, paradoksal hal, inteqrasiya prosesinə daha çox siyasi və ictimai inam ifadə edən ölkələrin Avropa Birliyinin həyata keçirməkdə olduğu problemlərlə üzləşmələridir. Polşalı məmurun fikrincə, Vişegrad qrupu Avropa Birliyində, məhz bu istiqamətdə ciddi islahatların həyata keçirilməsinə böyük ümidlər bəsləyir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Ərdoğan: “Siyasətin qapıları hər zaman açıqdır”
24.11.2017
Zimbabvenin yeni prezidentinin andiçmə mərasimi olub
24.11.2017
Santa Monika Kollecində Azərbaycana dair mühazirə keçirilib
23.11.2017
“The Wall Street Journal”: “Rusiya Suriya probleminin həllində aparcı rol oynayır”
23.11.2017
Finlandiya poçtu əlavə xidmətlər göstərəcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info