Ahmet Arslan: “Bakı-Tbilisi-Qars layihəsilə yeni bir tarix yazılıb” (Yenilənib)
Tarix: 23.10.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər
“Dəmir İpək Yolu” marşrutdakı ölkələr və bölgəyə çox ciddi əlavə dəyər meydana gətirəcək, bölgənin iqtisadiyyatını canlandıracaq və məhsulların hədəf bazarlara çatmasına şərait yaradacaq”

Nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində ilk qatar səfərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Baş naziri Giorgi Kvirikaşvilinin iştirakı ilə Bakıdan 30 oktyabrda başlayacağı bildirib: “Qatar, Qarsın qurtuluş günü olan 30 oktyabrda şəhərə çatmış olacaq”.
Nazir açıqlamasında "Dəmir İpək Yolu" kimi adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yalnız Qars üçün deyil, ölkə üçün əhəmiyyətli bir layihə olduğunu söyləyib.
A.Arslan deyib ki, Londondan yola düşən bir qatarın Pekinə qədər fasiləsiz gedə bilməsi üçün qarşısında iki maneə var idi- biri boğaz, digəri Qars ilə Axalkalaki arasında yarımçıq qalan hissə: “Bu məqsədlə Asiya ilə Avropanı dənizin altından dəmir yolu ilə bağladıq. İkinci halqada da Qars ilə Gürcüstanın Axalkalaki şəhəri arasındakı qismi tamamladıq. Test sürüşləri müvəffəqiyyətlə keçən bu dəmir yolunun açılışı ilə, həqiqətən, bir tarix yazılıb, “Dəmir İpək Yolu” fasiləsiz şəkildə təkrar canlanmış olacaq”.
Nazir, “Dəmir İpək Yolu”nun marşrutundakı ölkələr və bölgəyə çox ciddi əlavə dəyər meydana gətirəcəyinə diqqət çəkərək, xəttin, bölgənin iqtisadiyyatını canlandıracağını və məhsulların hədəf bazarlara çatmasına şərait yaradacağını bildirib.

"6,5 milyon ton yük daşımaq imkanı"

Dəhliz sayəsində Türkiyə ilə Asiya, Qafqaz və Avropa ölkələri arasında nəqliyyatın daha asan olacağını deyən nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars əlaqəsilə illik 50 milyon tona çatacaq bir beynəlxalq daşıma potensialı ortaya çıxacaq.
A.Arslan, xətt istismara başladığında 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq imkanına malik olacağını, layihənin, Qars, Ərdahan, İğdır, Ağrı, Ərzurum, Ərzincan, Gümüşhanə və Bayburt kimi yerlərin əyalətlər baxımından da əhəmiyyətli olduğunu söyləyib.
Layihə ilə bölgənin Pekindən Londona uzanan İpək Yolunun əhəmiyyətli mərkəzlərindən biri halına gələcəyini vurğulayan nazir qeyd edib ki, o bölgədə istehsal ediləcək məhsullar, bölgəyə gətiriləcək xam maddə, məhsulların bazarlarına çatdırılması zamanı fasiləsiz dəmir yolu daşımaları çox əhəmiyyətlidir. Bildirilib ki, Şərqi Anadoluda logistika mərkəzlərinə investisiya qoyacaq, vəsaiti oradan dəmir yolu ilə digər coğrafiyalara göndərəcək bir çox investor bu layihəni gözləyir. Layihə Ərzurumda, Qarsda tikintisi davam edən logistika mərkəzləri ilə bir yığcamlıq təşkil edəcək. Bu, bölgənin inkişafı və rifahı baxımından əhəmiyyətli bir layihədir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
Valensiya mətbuatında 20 Yanvar faciəsinə həsr olunan məqalə dərc edilib
21.01.2018
Azərbaycan və tatar diasporunun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
21.01.2018
Berlində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20.01.2018
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda yad olunub
20.01.2018
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Mərakeşdə də yad olunub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8228

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info