“Azadlıq” radiosu və “Amerikanın səsi” Rusiyada “xarici agent” sayılacaq
Tarix: 24.10.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Moskva “Russia Today” kanalının müdafiəsinə qalxdı: Rusiya ərazisindəki ABŞ KİV-ləri və onlarla əməkdaşlıq edənlər rəsmi şəkildə “agent” kimi qəbul ediləcəklər

Rusiya ABŞ-la rəqabətdə yeni texnologiyalardan istifadə etməklə müəyyən tarazlıq yaratmağa nail ola bilib. Putin Rusiyada hakimiyyətə gələndən sonra ABŞ-a qarşı elə onların öz “silahından”- informasiya gücündən istifadə etmək istiqamətində işlərə başladı. Bu iş artıq öz nəticəsini verir.
Təkcə onu qeyd edək ki, ABŞ-da bu gün də son prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsi müzakirə edilir. Bu “müdaxiləyə” inananlar çox olsa da, onu sübut etmək üçün əldə heç bir fakt yoxdur. Kreml anladı ki, ABŞ-a qarşı informasiya gücündən maksimum dərəcədə istifadə etmək lazımdır. Necə ki, ABŞ CNN, BBS və digər iri media orqanlarının gücündən öz siyasəti üçün istifadə edir. Bu mənada “Russia Today” kanalının yaradılması Vaşinqton üçün sürpriz oldu. Böyük maliyyə və ingilisdilli mütəxəssis bazası əsasında yaradılan bu kanal ABŞ-da xeyli populyardır. ABŞ-ın bir çox tamaşaçısı informasiyanı Rusiya kanalından almağa üstünlük verir. Bu isə o deməkdir ki, dövlət istədiyini silahla deyil, adi mavi ekranla əldə edir. Yəni televiziya vasitəsilə rahat şəkildə evlərə daxil olmaq və istənilən təbliğatı aparmaq mümkündür. Rusiya ABŞ-ı öz silahı ilə vurur - amerikalıların evində onların dövlətinin yanlış siyasət apardığını tənqid edir. Artıq ABŞ bundan ciddi şəkildə narahat olmağa başlayıb. İş o yerə gəlib çatıb ki, ABŞ-ın Ədliyyə Nazirliyi bu ölkənin ərazisində yayımlanan “Russia Today” kanalının “xarici agent” kimi qeydə alınması ilə bağlı məsələ qaldırıb. Kanal ABŞ Ədliyyə Nazirliyinin bu istəyinə əməl etmək fikrində deyil. Kanalın açıqlamasında bildirilir ki, bütün mümkün vasitələrdən istifadə edərək “xarici agent” kimi qeydiyyatdan keçməyəcəklər. Hətta lazım gələrsə, ABŞ ərazisində yayım dayandırılacaq. Rusiya tərəfi də adekvat addımlar atmağa hazırlaşır. Rusiya mediası xəbər verir ki, XİN Dövlət Duması və Federasiya Şurası ilə birlikdə qanunvericiliyə müvafiq dəyişiklik üzərində işləyir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, amerikalıların bu addımı cavabsız qalmayacaq. Kreml “xarici agent” statusu ilə bağlı anlayışda müəyyən dəyişiklik edəcək və bundan sonra Rusiya ərazisindəki ABŞ KİV-ləri və onlarla əməkdaşlıq edənlər rəsmi şəkildə “agent” kimi qəbul ediləcəklər: “Bu dəyişikliklərin qəbul edilməsi çox vacibdir. Bu, bizə ABŞ-a qarşı yeni mübarizə xətti açmaqla yanaşı, əks oyunumuzu daha effektli qurmağa imkan verəcək”. Artıq Kremlin strateqləri açıqlayıblar ki, ABŞ-da “Russia Today” kanalına qarşı belə bir addım atılarsa, eyni qaydada cavab veriləcək. Bu dəfə “agentin” əhatə dairəsi bir qədər geniş olacaq. Yəni Rusiya ərazisində yayımlanan televiziya, radio ilə yanaşı, onlarla əməkdaşlıq edənlər də “qara siyahı”da olacaqlar. Amerikanın bir çox media orqanının Rusiyada ya nümayəndəliyi var, ya da müxbir postu. CNN və “FOX News” kanalları kabel şəbəkəsi vasitəsilə Rusiya ərazisində yayımlanır. ABŞ-dan maliyyələşən rusdilli media orqanı kimi “Amerikanın səsi” və “Azadlıq” radiosunu qeyd etmək lazımdır. Son iki media orqanı internet üzərindən yayımlanır. Səbəb də odur ki, Moskva onlara yayım üçün radiotezlik vermir. Ekspert Nikolay Petrov “Nezavisimaya qazeta” nəşrinə bildirib ki, qanuna düzəliş xarici medianın Rusiya ərazisində fəaliyyətinə təsir edə bilər. Siyasi Texnologiyalar İnstitutunun vitse-prezidenti Aleksey Makarkin bildirib ki, “xarici agent”lərlə bağlı qanun kardinal şəkildə dəyişəcək. Yeni variantda ABŞ media orqanları ilə əməkdaşlıq edən fiziki şəxslər də “xarici agent” olacaqlar. Ekspert bildirib ki, Rusiya xarici siyasət idarəsinin bu addımı Valday forumunda çıxış edən Putinin sözlərindən sonra daxili auditoriya üçün də ola bilər. Hərçənd Putin ABŞ-ı tənqid etsə də, Tramp haqqında mənfi fikir səslənldirməyib. Əksinə, təxminən belə deyib ki, “ona istədiyini etməyə imkan vermirlər”. Makarkin bildirib ki, Putin Obama ilə olduğu kimi, Trampla düşmən deyil. Amma Konqresin qəbul etdiyi qərarlar iki dövlət arasında yeni gərginliklər yarada bilər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info