“Bir Pəncərə“ İxraca Dəstək Mərkəzi vasitəsilə 220 min dollarlıq ixrac həyata keçirilib
Tarix: 23.10.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
Azərbaycanın "EL-Metal Ltd" şirkəti "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə Türkiyəyə 220 min ABŞ dolları miqdarında 500 tonluq polad pəstah (düzbucaqlı) məhsulunun ixracı ilə bağlı mənşə sertifikatı alıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, "EL-Metal Ltd" şirkətinin nümayəndəsi Rafiq İmanov qeyd edib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, "EL-Metal Ltd" şirkəti bundan sonra da ixrac prosedurlarını "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirməyi planlaşdırır. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə diqqətə çatdırıb ki, mərkəzə müraciət edən sahibkarların sayı günbəgün artır. Son bir ay ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi" vasitəsilə kənd təsərrüfatı məhsulları və qara metallurgiya məhsullarının ixracı ilə bağlı kifayət qədər müraciət olub. Müraciət edənlərin bir çoxu həm də müəyyən məlumatla təmin olunmağı xahiş ediblər. Mərkəz sözügedən sahibkarları hərtərəfli informasiya ilə təmin edib. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin fərmanı əsasında yaradılıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Vergilər naziri vətəndaşları qəbul edəcək
20.11.2017
“BTQ dəmir yolu Bakı Limanının əhəmiyyətini daha da artırır”
20.11.2017
Türkmənistan və Əfqanıstan yükləri Azərbaycan vasitəsilə Avropaya daşınacaq
20.11.2017
“Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır”
20.11.2017
Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 600 mln. dolları ötüb

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info