“SOCAR Methanol”un istehsal etdiyi məhsulun 95 faizindən çoxu ixrac edilir
Tarix: 23.10.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
Prezident tərəfindən sənayenin inkişafı ilə bağlı verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə “Sənayenin inkişafı. Emal sahələrinin dəstəklənməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sənayesinin diversifikasiyası, rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər həyata keçirildiyini vurğulayıb. Uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib. Tədbirdə qeyd edilib ki, sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası ilə bağlı sistemli tədbirlər həyata keçirilib və bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, qanunvericilik bazası formalaşdırılıb. Qabaqcıl texnologoyalara əsaslanan müəsissələrdən olan “SOCAR Methanol” MMC-nin istehsalı olan metanol da bir sıra yerli məhsullar kimi ixrac olunur, eləcə də yerli müəssisələr tərəfindən istifadə edilir. İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev sənaye yönümlü özəl müəssisələrlə dövlət əməkdaşlığının gücləndirilməsinin, ideya və texnologiyaların sənayedə tətbiqinin səmərəliliyin artırılmasında rolunu vurğulayıb, bu sahələrdə elmi araşdırmaların aparılmasının əhəmiyyətini qeyd edib. “SOCAR Methanol” MMC-nin direktoru Elnur Mustafayev 2013-cü ildən istismara verilən Metanol Zavodunun Qafqazda ilk və yeganə bu cür müəssisə olduğunu qeyd edib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC-nin idarəçiliyinə verilib. Zavodun illik gücü 650-700 min tondur. Hazırda zavodda dünyada qabaqcıl istehsal texnologiyası hesab edilən, müasir zavodların əksəriyyətində istifadə olunan İCİ texnologiyası tətbiq edilir. Müəssisənin istehsal etdiyi məhsulun 95%-dən çoxu ixraca yönəldilir. Zavodun məhsulları Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələrinə ixrac edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini Hikmət İbrahimov çıxış edərək “SOCAR Metanol” MMC-nin kimya sənayesi üçün əhəmiyyətini vurğulayıb. Tədbir iştirakçılarının “SOCAR Methanol” MMC-nin fəaliyyəti və istehsal etdiyi məhsullar barədə məlumatlandırılması məqsədilə videoçarx nümayiş olunub və təqdimat keçirilib, metanoldan istifadə edən müəssisələrlə “SOCAR Methanol” MMC-nin nümayəndələri arasında müzakirələr aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Vergilər naziri vətəndaşları qəbul edəcək
20.11.2017
“BTQ dəmir yolu Bakı Limanının əhəmiyyətini daha da artırır”
20.11.2017
Türkmənistan və Əfqanıstan yükləri Azərbaycan vasitəsilə Avropaya daşınacaq
20.11.2017
“Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır”
20.11.2017
Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 600 mln. dolları ötüb

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info