“AtaTexnologiya” tələbələr arasında müsabiqə elan edir
Tarix: 13.05.2013 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“AtaTexnologiya” MMC tələbələr arasında İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində yazılı inşa müsabiqəsini elan edir. Müsabiqə mayın 15-dən iyunun 15-a qədər davam edəcək. İKT ideyaları daha maraqlı olan müsabiqə qalibləri “AtaTexnologiya” MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər. Bu aksiya İKT nailiyyətlərinin geniş yayılması və istedadlı gənclərə dəstək məqsədilə keçirilir.
“AtaTexnologiya” MMC-nin direktoru Mais Yusifov müsabiqənin əhəmiyyətindən danışaraq bildirib: “Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bu il “İKT ili” elan edilib. Bunu nəzərə alaraq, şirkətimiz bununla ölkə İKT sektorunun inkişafına gənc mütəxəssislərin cəlb edilməsi üzrə öz töhfəsini vermək qərarına gəlib. Azərbaycan bazarına İKT-nin son nailiyyətlərini və texnologiyalarını tətbiq etməklə yanaşı, biz öz fəaliyyətimizlə yüksək ixtisaslı gənc kadrların hazırlanması problemini həll etməyə çalışırıq”.
Müsabiqədə iştirak etmək arzusunda olan tələbələr öz İKT ilə bağlı inşalarını dzamanova@ataholding.az elektron poçtuna göndərə bilər.
“AtaHolding” ASC-nin tərkib hissəsində fəaliyyət göstərən “AtaTexnologiya” MMC 2005-ci ilin may ayında yaradılmışdır. İnformasiya texnologiyaları sahəsində geniş xidmətlər spektri təqdim edən şirkət banklar, iri müəssisə və təşkilatlar üçün proqram təminatı məhsulları bazarında ixtisaslaşıb.

İLKIN





 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info