Nazirlik müsabiqə iştirakçılarını mükafatlandırdı
Tarix: 13.05.2013 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilib.
Bu tədbirlərdən olan və İqtisadi İnkişaf Nazirliyinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı KİV nümayəndələri arasında təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsinə mayın 11-də yekun vurulub. Bununla əlaqədar Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti qurumlarının, Azərbaycan Mətbuat Şurasının əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakı Biznes Mərkəzinin təşkilati, Azərbaycan İnvestisiya Şirkətinin və “Azərlotereya” ASC-nin maliyyə dəstəyi ilə təşkil olunmuş müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə yerləşdirilmiş 28 məqalə və televiziya süjetləri təqdim edilib.
Müsabiqənin yekunları ilə bağlı keçirilmiş tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev çıxış edərək müasir Azərbaycanın memarı Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verdi. Qeyd edili ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakıda və regionlarda müxtəlif tədbirlər, konfranslar, sahibkarlar üçün Heydər Əliyev dərsləri, yaşıllaşdırma aksiyası, şahmat və futbol turnirləri keçirilmiş, KİV nümayəndələri arasında “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunub. Müsabiqəyə təqdim edilmiş məqalə və süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilib.
Tədbirdə qaliblər elan olunmuş, onlara diplomlar və pul mükafatları təqdim olunub. Ümumiyyətlə isə bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunmuş, onlara pul mükafatları təqdim edilib.
Qeyd edək ki, bu sətirlərin müəllifi sözügedən müsabiqədə 3-cü yerə layiq görüldü.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Gənclər Azərbaycanı “Beynəlxalq Media Təlim Düşərgəsində“ uğurla təmsil ediblər
23.09.2019
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər
23.09.2019
Konfrans iştirakçıları Heydər məscidini və “İçərişəhər” qoruğunu ziyarət ediblər
23.09.2019
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info