Vardan Bostanjyan:”Ermənistana 1 milyard dollardan artıq sərmayə yatırıldığı barədə hökumətin məlumatı yalandır”
Tarix: 24.10.2017 | Saat: 17:31:00 | E-mail | Çapa göndər
«Jamanak»: Gələn il ölkədə tütün məmulatları, spirtli içkilər, təbii qaz və digər malların qiymətləri artacaq”

Bir müddət bundan əvvəl Ermənistanın iqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan bu il ölkəyə 1 milyard dollardan artıq sərmayə yatırıldığı barədə məlumat vermişdi. Nazirin verdiyi məlumata münasibət bildirən erməni iqtisadçı Vardan Bostanjyan Ermənistana qoyulan investisiyanın hələ də gözə çarpmadığını bəyanlayıb. Onun sözlərinə görə, hazırda Ermənistanda dövlət gəlirlərinin səviyyəsi çox kədərlidir. İqtisadçı bildirir ki, əgər nazirin dediklərində həqiqət varsa, qoy hökumət investisiyaların hansı sektor və müəssisələrə yönəldildiyi barədə cəmiyyəti ətraflı şəkildə məlumatlandırsın: «Təbii ki, bu pullar heç yerdə görünmür, bu pulların hansı layihələrə ünvanlandığı barədə də heç kimin məlumatı yoxdur. Lakin kredit faktorlarının bu rəqəmlərə
daxil edilməsi ən azından gülünc görünür. İnvestisiyalara xüsusi ünvanlar, filiallar, nəticələr daxildir. Əgər hər hansı bir ünvan göstərilmirsə, biz bunun hansı effekt verə biləcəyini necə qiymətləndirə bilərik.»
«İndi onlar söyləsinlər, bu investisiyalar hara yatırılıb- ölkənin energetika sektorunamı, hasilat səneysinəmi, bunları müəyyənləşdirmək çətindir. Məgər dövlət rəsmisinin bu investisiyaların hara ünvanlandığını söyləməsi bu qədər çətinlik törədirmi? Sual olunur, əgər bu investisiyalar ölkə sənayesinin hər hansı bir sahəsinə yatırılıbsa, niyə hələ də müsbət bir effekt verməyib? Deməli, 1 milyard dollarlıq yatırım barədə deyilənlər, məncə, reallıqdan uzaqdır» –deyə Bostanjyan bildirib.
2017-ci ildə Ermənistanda vergidən ayda 120 milyard dram əldə ediləcəyini bildirən iqtisadçı keçən doqquz ayda bu göstəricinin yalnız 95 milyard təşkil etdiyini bildirir: «Bu, dövlət gəlirlərinin səviyyəsinin kədərli olduğunun sübutudur. Bunlara istinad edərək 2018-ci ildə Ermənistanda maaş və pensiyaların artmasının planlaşdırılmadığını və vəziyyətin o qədər də yaxşı olmadığını düşünə bilərik». («Lragir»)
Qeyd edək ki, bu arada gələn il düşmən ölkədə tütün məmulatları, araq və digər malların qiymətlərinin artacağı barədə də məlumatlar yayılıb. «Jamanak» nəşrinin məlumatına görə, qaz stansiyalarında satılan qazın qiymətinin artacağı da ölkə gündəmindədir. Nəşr Ermənistan hökumətinin 2018-ci il üçün büdcə layihəsini təqdim etdiyini bildirir. Belə ki, büdcə layihəsində gələn il vergi gəlirlərinin bu il ilə müqayisədə 100 milyon dram çox olacağı da öz əksini tapıb. «Məlumdur ki, hökumət vergiləri yığa bilmir. Bunları nəzərə alan dövlət ötən il qəbul edilmiş Vergi Məcəlləsinin aksiz vergisinin əhəmiyyətli artımını təmin edir ki, bunun nəticəsində də ölkədə tütün məmulatları, araq və digər malların qiymətləri artacaq. Buraya, qaz stansiyalarında satılan qaz da daxildir»-deyə nəşr bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“Geosiyasi ayrılıq”: Bundesbank dollardan imtina edib, yuanı seçir
12.01.2018
Ermənistan prezidenti 9 ildir ki, Davosa gedə bilmir
09.01.2018
“Azərtütün”ün məhsulları Rusiya, Belarus və Gürcüstana ixrac olunur
09.01.2018
Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”
28.12.2017
Əli Həsənov: “Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8196

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info