Elektrik lampalarını bitkilər əvəzləyəcək
Tarix: 13.05.2013 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


“Kickstarter” kollektiv investisiyalar platformasının istifadəçiləri qeyri-adi layihəni maliyyələşdirirlər: elektrik enerjisini əvəz edə biləcək qaranlıqda işıqlanan bitkilər layihəsi.
“Vesti.ru” xəbər verir ki, əvvəlcə istehsalçılar layihə üçün 65 min dollar toplamaq istəsələr də, vəsait toplanması mərhələsinin bir ay da davam edəcəyini və layihəyə qoyulan investisiyanın həcminin əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, layihənin hazırlanması zamanı təxminən 240 min dollardan keçməyi qərarlaşdırıblar.
Layihəyə cavabdeh Entonu Evansdır. Yığılmış pullar mavi-yaşıl işıqlanmanı təmin edəcək transgenetik bitkilərin yaradılmasına xərclənəcək. “Gizmag” yazır ki, “Kickstarter” istifadəçiləri 40 dollar ianə hesabına qeyri-adi bitkinin toxumunu alacaqlar. 65 dollar ianə hesabına toxumları lampa şəkilli xüsusi dibçəklərdə əkəcəklər. İstehsalçılar 150 dollar ianəni isə olduqları yeri dərhal işıqlandırmağa başlayacaq bitkilərin böyüməsinə sərf edəcəklər.
İstehsalçılar söz veriblər ki, 10 min dollar ianə bağışlayan şəxsin adını isə bitkinin DNT-nə əlavə edərək əbədiləşdirəcəklər. Artıq bir nəfər bu böyük ianəni bağışlayıb.
Alimlər öz ideyalarını həyata keçirmək üçün kələmlə qohumluğu olan talya bitkisindən istifadə edirlər. Bu bitki qısa DNT-si hesabına müxtəlif gen modifikasiyaları üçün yararlıdır.
Bitkinin genlərinin manipulyasiyası yolu ilə alimlər işıqlanmanın müəyyən çalarlarını verməklə onun yalnız gecə və gündüz işıq saçmasına nail ola bilərlər.
Gələcəkdə alimlər lüminessensiya etmək və daha böyük bitkilər hazırlamaq ümidindədirlər. Məsələn, əgər ağacların işıqlanma effekti olarsa, onlardan fənər kimi istifadə etmək olar. Bu isə sərf olunan elektrik enerjisinin həcmini azaltmağa imkan verəcək.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır
14.09.2019
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info