“Eurovision-2013”də bəzi dəyişikliklər edildi
Tarix: 13.05.2013 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


İsveçdə Avropa Yayımları Birliyi və "Eurovision-2013" mahnı müsabiqəsinin İsveç komitəsi builki müsabiqəyə həsr olunmuş birgə mətbuat konfransı keçiriblər.
Konfransda "Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, müsabiqənin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker, icraedici prodüser Martin Osterdahl, şou prodüseri Krister Byorkman və başqaları iştirak ediblər. Yan Ola Sand İsveçin "Eurovision" mahnı müsabiqəsinə bir neçə dəfə ev sahibliyi etdiyini, yarışmada bu il 39 ölkənin təmsil olunduğunu bildirib. O, builki səsvermədə baş verən bəzi dəyişiklikləri müsabiqənin işçi qrupunun həyata keçirdiyini deyib. Bu il həmçinin iştirakçı ölkələrin müraciəti əsasında məşqlərə ayrılan vaxt azaldılıb. Y.Sand qeyd edib ki, EBU iştirakçı ölkələrdən istənilənin yarışmaya ev sahibliyi etməsini dəstəkləyir: "Ölkənin zəngin mədəniyyəti varsa, bunun dünyaya çatdırılmasında biz əlimizdən gələni etməyə hazırıq. Bu istiqamətdə bəzi işlər görməyi planlaşdırırıq". Müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker isə tədbiri sosial şəbəkələrdən izləyənlərin sayının artdığını qeyd edib. Qeyd edək ki, ötən il müsabiqənin qalibi olmuş İsveç bu il 16-cı nömrə ilə çıxış edəcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib
17.09.2020
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək
16.09.2020
“Oltin ko`prik: Qızıl körpü” adlı sənədli film hazırlanır
15.09.2020
Ukraynada yaşayan heykəltəraş soydaşımız Atatürkün büstünü hazırlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info