Sağlam ruhun formalaşması üçün şirin yuxu vacib amildir
Tarix: 26.10.2017 | Saat: 12:43:00 | E-mail | Çapa göndər
Ümüd Səlimzadə |

Nobel tibb mükafatı və ya dünyanın yuxusu pozulubmu?

Bu günlərdə hər il olduğu kimi ənənəvi Nobel mükafatlandırma mərasimi təmtəraqlı şəkildə baş tutdu. Dünyanın bilikli, zəki və aydın insanlarının həyəcanlı şəkildə gözlədiyi bu tədbirdə tibb və fiziologiya üzrə Nobel mükafatı 3 ABŞ aliminə ( Jeffrey Hall, Michael Rosbash, Michael Young ) verildi. Bu alimlər isə insan orqanizminin daxili saatını və ya bioloji ritmini müəyyənləşdirmə qabiliyyətini aşkara çıxardılar.

Bəlkə də dünya ictimaiyyəti gözləyirdi ki, tibb üzrə mükafat günümüzdə daha da aktual olan xərçəng xəstəliyinin hər hansı bir növünün müalicəsinin yeni metodlarına dair və ya hal-hazırda qarşısıalınmaz bir şəkildə dünyada yayılan infeksiyaların müalicəsinə veriləcək. Ancaq bu belə olmadı. 

Təbii ki, bu məqamda yuxarıdakı xəbəri oxuyanların əksəriyyətinin niyə məhz bu mövzunun prioritet olduğunu araşdırmasa da, özünə "Dünyanın ritmi daha doğrusu dünyadakı insanların yuxusu pozulubmu " sualını verdi. Məsələnin nə dərəcədə aktual olduğunu aşağıdakı fikirləri oxumaqla daha asan başa düşmək olar.

Ritm və ya başqa sözlə düzən insan bədəninin bütün sistemlərində, hüceyrə və toxumalarında, o cümlədən bitki və heyvanlarında normal şərtlər daxilində işlək bir mexanizm ilə çalışır. Bu orqanizmimizdə olan ritm, hormon səviyyəsini (Kortizol, Qalxanabənzər vəzi hormonu, Melatonin, Somatrop-boy hormonu və s.), ağrıya həssaslığımızı, hansı qidaların nə zaman daha yaxşı və əksinə daha pis həzm olunmasını, bir çox xroniki xəstəliklərin kəskinləşməsi fonunda ölümün artmasını (ürək infarktının gecə saat 3-də və 9-da olanları arasında ölüm fərqləri) müəyyən edir və ən əsası bu mexanizm son dərəcə dəqiq çalışır. 

Ritmin pozulmasına ən yaxşı nümunələrdən biri uzun uçuşlardan sonra özümüzü əzgin hiss etməyimizə səbəb "Jetlag" ( ing. tərcümə "Vaxt fərqi" ) xəstəliyidir ki, bu da bədənimizin ətraf mühitə adaptasiya olmasında yaranan problemdir. 

Fikrimcə isə orqanizmdə ritmin pozulmasının ən pis təzahürü yuxu pozğunluğudur.

Azərbaycanda günün ritm pozğunluğunun, daha doğrusu yuxu pozğunluğunun nə dərəcədə aktual olduğunu göstərən bir araşdırmaya rast gəlmədiyim üçün Siz oxuculara dünyada bu problemin nə dərəcədə aktual olduğunu bəzi rəqəmlərlə göstərməyə çalışdım. 

İnkişaf etmiş ölkələrdən biri olan Almaniyada 2010-2016-cı illər arasında 35-65 yaş arası insanların yuxu problemi 66 % artmışdır. Hətta aparılmış araşdırmaya görə çalışanların 80 %-i analoji problemdən əziyyət çəkirlər ki, bu da təqribən 34 milyon insan deməkdir. Türkiyədə hər 100 nəfərdən 15-i yuxu pozğunluğundan əziyyət çəkir.

Sonda isə demək istəyirəm ki, yatmaq bir millətə yaraşa biləcək xüsusiyyət olmasa da, sağlam orqanizmin və sağlam ruhun formalaşması üçün önəmli əhəmiyyət daşıyır. Bu baxımdan belə bir mövzuya tibb üzrə Nobel mükafatının verilməsi heç də təsadüf olmadı. Ona görə çalışın ritminiz düzgün, yuxunuz şirin olsun ki, sabahın Nobel mükafatını alanda Sizdən yaza bilsinlər.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info