PSJ Fransa çempionluğunu qazanıb
Tarix: 13.05.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Fransa çempionatında XXXVI turun oyunlarına yekun vurulub. Son matç günündə üç qarşılaşma reallaşıb. “Loryan” doğma azarkeşləri önündə “Sent-Etyen”i qəbul edib. Görüşdən ev sahibləri 2-0 hesablı qalib ayrılıb. Turnir cədvəlinin son pillələrində qərarlaşan “Evian” isə Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Nitsa”nı sınağa çəkib. Bu matçda da sevinən tərəf meydan sahibləri olub - 4:0.
Turun mərkəzi qarşılaşması isə “Lion” - PSJ arasında baş tutub. Burada Paris klubu matçın 53-cü dəqiqəsində Jeremi Menesin vurduğu tək qolla görüşdən qalib ayrılmağı bacarıb. Bu qələbə isə PSJ-nin sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Beləliklə, baş məşqçi Karlo Ançelottinin komandası 19 ildən sonra bu zəfəri qazanmağa müvəffəq olub. Qeyd edək ki, PSJ tarixində 3-cü dəfə Fransa çempionluğuna sahib olub. Daha əvvəl isə parislilər 1985/1986 və 1993/1994 mövsümündə bu titula yiyələniblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
“Real“ heç-heçə ilə başladı
20.09.2020
“Barselona“ mövsümə kubokla başladı -VIDEO
20.09.2020
“Mançester Yunayted“ evdə uduzdu - VIDEO
19.09.2020
Qaret Beyl yenidən “Tottenhem”də
19.09.2020
Pirlodan Suares açıqlaması

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info