AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?
Tarix: 27.10.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər
Tural Tağıyev |

“Facebook”da onların paylaşımlarına irad tutan adamları anında bloklayırlar

Artıq sosiallıq hər birimizin həyatına tam gücü ilə daxil ola bilib. Görünür bu səbəbdəndir ki, əvvəllər çayxanalarda toplaşan cəbhəçilər indi sosial şəbəkələrə daraşaraq bəzi siyasi proseslərdən xəbərsiz olan gəncləri, insanları öz tərəflərinə çəkməyə çalışırlar. Amma hansı formada? Ümumiyyətlə, onların ardıyla gedən varmı? Əlbəttə yoxdur. Çünki bu adamlar yalançı demokratlardırlar. Bunu isə dəfələrlə özləri öz əməlləri ilə sübut ediblər.
Misal üçün sadə bir məsələni diqqətinizə çatdıraq. Gecə-gündüz haqlarının, hüquqlarının tapdandığını bəyan edib haray-həşir salan bu adamların özləri elementar məsələlərdə dözümlülük göstərə bilmirlər. İndiki halda buna ən yaxşı nümunə-onların demokratik ruhlarının olmadığını hər addımda büruzə verən “Facebook” fəaliyyətlərini göstərmək olar. Sərbəst toplaşmaq azadlıqlarının olmadığını deyən bu müxalif qüvvələr üçün meydan da verildi. Toplanırlar, bəlli saydan o yana mitinq iştirakçısı toplaya bilmədikləri üçün hər mitinqdən mitinqə daha gülməli çağırışlar edərək gündəmə gəlmək istəyirlər. Heç bir əsası olmayan ittiham və anormal çağırışlarına sosial şəbəkələrdə cavab yazdıqda-ortaya atdıqları şişirdilmiş iddialar, mitinqlərin guya effektiv olması, maaşların artacağı və s. ilə bağlı deputatların təkliflərinin onların fəaliyyətlərin nəticəsi olması kimi gülməli fikirlərinə cavab verdikdə dərhal həmin şəxsi bloklayırlar. Çünki özləri alternativ fikrə dözümlü deyillər. Təsəvvür edin ki, bu adamlar, belə aqressivlik, radikal düşüncəyə sahib siyasətbazlar hakimiyyət iddiasındadırlar. Əcəba, belə adamlar sabah hakimiyyətə gəlsələr nəinki onların fikirlərinə alternativ fikir ortaya qoyanları blok edər, həbslərə atarlar, hətta sözün həqiqi mənasında sürgün də edərlər ki, burada yalnız mənim sözüm keçərli olmalıdır...
Qısası, istənilən hakimiyyətyönümlü qurumların “Facebook” səhifələrində, dövlət qurumlarının səhifələrində istənilən tənqidi şərhləri görmək mümkündür və bu gün hakimiyyət də tənqidə müsbət yanaşır, bunu inkişafın əsas stimulu kimi görür. AXCP-çilər isə alternativ fikirdən qorxur, tənqid edənləri, ortaya əsaslı arqumentlər qoyub onların statuslarının şişirdilmiş məsələlər olduğunu sübut edənləri bloklayırlar ki, hələ də onların əsl demokrat olduğunu düşünən bəzi saf insanlar reallıqları oxumasın, alternativ fikrin nə dərəcədə haqlı olduğunu görməsin. Bax elə bu səbəbdəndir ki, müxalifət daxilində də özləri bir-biri ilə yola getmirlər, Müsavatın iradları AXCP-üçün ağır gəlir, AXCP-nin də tənqidləri başqa müxalif liderlər üçün təhqir kimi görünür. Bu işdə ən dözümsüz görünəni isə hələ ki, AXCP-dir. Sonda onu qeyd edim ki, həqiqətən də öz gözündə tiri görməyib başqasının gözündə qılı seçənlərin siyasi karyerası çoxdan bitib. Bu adamlar indiki halda siyasi imitasiya ilə məşğul olurlar.




 
Müəllifin son yazıları

23.11.2016 Qabanellinin “erməni sevdası”
20.09.2016 “Tapşırıq Qərbdən gəlib”
11.01.2016 Yolunuzu düz seçin
06.03.2015 Saxta profillərlə insanları təhqir edənlər cəzalandırılmalıdırlar
07.11.2014 Qərb təkbaşına dünyanı idarə edə bilmir

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info