Ağstafa və Tovuzda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
Tarix: 27.10.2017 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə oktyabrın 27-də Tovuz və Ağstafa rayonlarında aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib.
Qeyd edilib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb.
Ağstafa rayonunun Poylu kəndi ərazisində keçirilən tədbirdə isə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edib, ölkəmizdə ekoloji problemlərin həlli ilə bağlı atılan addımlardan, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, həyata keçirilən bugünkü layihə sosial-iqtisadi əhəmiyyətə malikdir. Belə ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı malları üzrə idxaldan asılılığının azaldılmasına da töhfə verəcək.
Ağacəkmə aksiyaları zamanı Tovuzda 2 hektarda 1248 ədəd fındıq, Ağstafada isə 2 hektarda 1000 ədəd xurma ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.
Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması oktyabr-noyabr aylarında Qax, Sabirabad, Beyləqan, Lənkəran, Ağdaş rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil olunacaq. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla, ümumilikdə, 9 minə yaxın meyvə ağacının əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir rayonlarında salınıb, aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info