Suriya düyünü: Moskva və Vaşinqton Türkiyənin qərarını gözləyir
Tarix: 27.10.2017 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


ABŞ İraqla sərhəddə strateji zona olan Əbu-Kamalda hərbi baza yaratmaq istəyir ki, buna nə Rusiya, nə də İran razıdır

Suriyada, müxtəlif dövlətlərin maraqlarının toqquşması bu ölkədə terrorçulara qarşı mübarizənin yekunlaşması və ölkədə nisbi sabitliyin yaradılması prosesini xeyli uzada bilər. Məlum olduğu kimi, Türkiyə, Rusiya və İranın təminatçılığı ilə Astana prosesi keçirilir.
Qazaxıstan paytaxtında təşkil edilən prosesdə əldə edilən razılaşmaya əsasən Suriya ərazisində silahsız zonalar yaradılıb və orada təhlükəsizliyn təminatı Rusiya, Türkiyə və İran tərəfindən təmin edilir. Bu razılaşma kontekstində Türkiyənin ordu birlikləri Suriya ərazisinə daxil olub. Türk əsgərləri İdlibdə yaradılan təhlükəsizlik zonasında asayişə nəzarət etməlidirlər. Amma müəyyən dairələrin Suriya və İraq ərazisində Türkiyənin dövlət maraqlarına qarşı müxtəlif təxribatlar həyata keçirməsi Ankaranı adekvat addımlar atmağa vadar edir. Türkiyə rəsmiləri tez-tez PKK terrorçularının yerləşdiyi Afrini hədəf alacaqları ilə bağlı mesajlar səsləndirirlər. Rusiya mətbuatı son prosesləri dəyərləndirərkən istisna etmir ki, Ankara yaxın günlərdə ikinci “Fırat qalxanı” əməliyyatının başlamasını elan edəcək. Burada Rusiyanı narahat edən məqam ondan ibarətdir ki, Hələbin şimalında yerləşən Afrinə bu ilin sentyabr ayında hərbi polis funksiyası yerinə yetirən rus hərbçiləri yerləşdirilib. Ruslar artıq Afrində nəzarət məntəqələri yaradıblar. Türkiyə hərbçilərinin və Ankaraya yaxın olan silahlı qrupların İdlib və Afrində əməliyyatlara başlaması orada olan rus hərbçilər üçün təhlükə yarada bilər. “Free-News” portalı türklərə yaxın birləşmələrin artıq Menbicdə kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirməsi ilə bağlı məlumat yayıb. Hələbin şimal-şərq hissəsində yerləşən bu ərazilər ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəklədiyi dəstələrin nəzarətindədir. Bəzi mənbələr artıq Menbicə havadan xəbərdarlıq vərəqələrinin atıldığını qeyd edirlər. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Suriya və İraq ərazisində dövlət maraqlarına qarşı hazırlanan təxribatlara lazımi şəkildə cavab verəcək. Afrinə hücum əməliyyatı da cavab addımı kimi qəbul edilə bilər. Çünki İdlibə daxil olan ordunun işi bundan sonra bir qədər asandır. Bəşər Əsəd hökuməti Ankaranı öz qoşunlarını ölkə ərazisində çıxarmasını tələb edib. Bu tələbin, sadəcə, bəyanat xatirinə səsləndirilməsi hamıya bəllidir. Çünki türk əsgəri İdlibə Əsədi hakimiyyətdə saxlayan Rusiya və İranın razılığı əsasında daxil olub. Hələlik Rusiyanın hərbi-siyasi dairələri bu məsələ ilə bağlı susmağa üstünlük verirlər. Bu susqunluq ya gizli razılıq əldə olunması, ya da hadisələrin sonrakı inkişafını izləməklə bağlı ola bilər. Son vaxtlar Türkiyə ilə münasibətləri pisləşən ABŞ belə, Ankaranın İdlib əməliyyatına göz yumaraq heç bir açıqlama vermir. Ankaraya bununla bağlı etiraz bildirməyən Amerika digər tərəfdən orada yerləşən kürd birləşmələrini silahla təmin etməkdə davam edir. Burada daha bir incə məqam odur ki, kürd birləşmələri Bəşər Əsəd qüvvələrini qabaqlayaraq Deyr-əz-Zorda olan, demək olar ki, bütün neft yataqlarını nəzarətə götürüb. Təbii ki, ABŞ-ın dəstəyi ilə. Rusiyanı burada narahat edən məqam odur ki, Türkiyənin İdlib və ya Afrində həyata keçirəcəyi əməliyyatlar Əsəd ordusunun həmin ərazilərə daxil olmasına mane olacaq. Nəticədə Deyr-Əz-Zora daxil olmaq mümkün olmayacaq. Bundan daha pisi ABŞ-ın İraqla sərhəddə olan Əbu-Kamalda hərbi baza yaratmaq imkanı əldə etməsidir ki, buna nə Rusiya, nə də İran razıdır. Əbu-Kamal sərhəd zonasında ən strateji zona sayılır. Kremlin strateqləri düşünür ki, İraqdakı qüvvələrlə Əsədin qüvvələri birləşərək həmin strateji zonanı ələ keçirə bilər. Bunun üçün Tehranla yanaşı, Ankaranın da dəstəyi lazımdır. Ona görə də bir neçə gündən sonra Astanada başlayacaq növbəti danışıqlar prosesi bu məsələni razılaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Türkiyənin xarici işlər naziri Çavuşoğlu dünən bəyan edib ki Afrində terrorçular var və onları məhv etmək Ankaranın təbii haqqıdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Koreya səfirliyi Xalq Cümhuriyyətinin 100 illiyinə aid diplomatiya seminarı keçirəcək
25.06.2018
“Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi”
25.06.2018
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
24.06.2018
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb
24.06.2018
MHP sədri Rəcəb Tayyib Ərdoğanı möhtəşəm qələbə münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9462

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info