Uşağın sağlamlığı Uşaqlara çörək yedirtməyin
Tarix: 30.10.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır.
Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar. 1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”...
Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”.
Ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Pediatr Günay Rəsulova isə əla növ unu əla növ zəhər adlandırıb. O, Ailem.az-a açıqlamasında bildirib ki, uşaqlara çörək yedirtmək doğru deyil: “Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Ağ un və ondan hazırlanan çörək, digər un məmulatları buğdada yer alan bütün vitamin və minerallar atılaraq hazırlanır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur”.
Həkimin sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır: “Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər - içərisində olan qatqı maddələri - rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır”.
Pediatr deyir ki, çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar: “Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı övladınız üçün çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək məhdud istifadə edilə bilər. Bundan başqa maya və qlüten mövzusu da var. İnsanlar arasında çox yayılmış gizli maya və qlüten allergiyasının olması bu mövzunu daha önəmli edir. Beləliklə, qlisemik indeksi çox yüksək olan ağ çörək sağlamlığa ciddi zərər vurur və ciddi asılılıq yaradır. Çörək alışqanlığı siqaret alışqanlığına bənzəyir. Arıqlamaq üçün pəhriz saxlayan insanların məhz bu qidadan imtina etməsinin çox çətin olması bunu sübut edir. Bu səbəbdən uşaq vaxtından etibarən bu asılılığın qarşısını almaq sizin valideynlik borcunuzdur. Uşaqlara çörək verməyin!”
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Çinar yarpağı və zanbaq yağı yanıq yaraları zamanı faydalıdır
21.09.2018
İmmuniteti gücləndirən qidalar
21.09.2018
Yunanıstanda “Qərbi Nil“ qızdırması yayılıb
18.09.2018
Püstə yeyin ki, stresdən uzaq olasınız
15.09.2018
Yeməkdən əvvəl su içmək xəstəlikləri azaldır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info