Əliyev-Putin-Ruhani görüşü: Azərbaycan beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir
Tarix: 31.10.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər
“Şimal-Cənub” və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır

“Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir”

“Lragir”: “Rusiyanın Azərbaycanı seçməsi nəticəsində Ermənistan bu dəfə də qapı dalında qalıb”

Bu gün İranda Azərbaycan, İran və Rusiya dövlət başçıları arasında görüş keçirilməsi gözlənilir. Üç dövlət başçısının bu görüşündə üçtərəfli əməkdaşlıq məsələləri, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, iqtisadi əlaqələr, dünyada və beynəlxalq aləmdə cərəyan edən proseslər müzakirə ediləcək. Regionun üç əsas dövlətinin rəhbərləri arasında keçiriləcək bu görüş unikal üçtərəfli əməkdaşlıq formatı yaradıb. İran və Rusiya arasında iqtisadi əlaqənin qurulması və tərəflərin “Şimal-Cənub” nəqliyyat dəhlizində iştirakı üçün tranzit ölkə məhz Azərbaycandır. Son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə nəticəsində ölkəmizdə çox güclü infrastruktur yaradılıb. Bu infrastruktur həm ölkə, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatına malik Azərbaycan həm də beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir. Bunu təsdiq edən daha bir vacib məsələ iki gün əvvəl qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışıdır. Qlobal səviyyəli bu layihə iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Heç şübhəsiz ki, layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi səviyyəsində mümkün olub. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. Bu qlobal əhəmiyyətə malik olan layihənin istifadəyə verilməsindən sadəcə iki gün sonra Azərbaycanın iştirakı ilə çox mühüm əhəmiyyət kəsb edən görüşün keçirilməsi Bakının beynəlxalq aləmdə nə qədər böyük nüfuz sahibi olmasının göstəricisidir. Regionda yeni əməkdaşlıq formatları yaradan Azərbaycan aktiv diplomatiya həyata keçirir. Bu formatlar ölkəmizin siyasi nüfuzunu artırmaqla yanaşı, ölkəmizə iqtisadi dividentlər və əlavə manevr imkanları qazandırır. 2016-cı ilin avqust ayında Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçıları bir araya gəlmişdi. Bu görüşün unikallığı onda idi ki, Rusiya kimi qlobal siyasətə yön verən dövlətlə regionda güc sahib olan İran məhz Bakıda bir araya gələrək yeni əməkdaşlıq formatını dünyaya bəyan edirdilər. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradır. Rusiya və İran Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Üçtərəfli format ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi, iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri var. Dövlət başçılarının görüşündə əsas müzakirə mövzusu “Şimal-Cənub” nəqliyyat dəhlizi olacaq. “Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. İran görüşündə Azərbaycanın Tehrana kredit ayırması məsələsi də həllini tapacaq və bununla da Astara-Rəşt-Astara xəttinin İran ərazisindəki hissəsinin maliyyələşməsi məsələsi həllini tapacaq. Azərbaycanın Rusiya ilə dəmir yolu əlaqəsi var. “Şimal-Cənub” dəhlizinin tərkib hissəsi olan Astara-Rəşt-Astara xəttinin inşası Rusiyanın Azərbaycan vasitəsilə İrana birləşdirəcək. Yəni, Rusiyanın Azərbaycandan keçməkdə İrana və əks istiqamətdə dəmir yolu çıxışı təmin ediləcək. Bununla da Rusiya regional kommunikasiyalara çıxış qazanacaq. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın “Lragir” portalı yazır ki, bununla da Ermənistan-İran dəmir yolu xəttinin əhəmiyyəti tamamilə aradan qalxır. Saytı yazır: “Rusiyanın Azərbaycanı seçməsi nəticəsində Ermənistan bu dəfə də qapı dalında qalıb. Rusiya Ermənistan-İran dəmir yolu xəttini maliyyələşdirməkdən imtna etməklə Azərbaycanı seçib. Amma buna baxmayaraq Ermənistan nə buna etiraz edir, nə də Rusiya Dəmir Yolları ilə konsessiya müqaviləsindən imtina edir”. İlham Əliyev-Putin-Ruhani görüşündə “Şimal-Cənub” dəhlizinin Bakı-Tbilisi-Qars xəttinə inteqrasiyası məsələsi də müzakirə ediləcək. Azərbaycan dövlət başçısı Bakı-Tbilisi-Qars xəttinin açılışı mərasimində söylədiyi nitqdə bu məsələyə də toxunub. Prezident deyib ki, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atır: “Azərbaycan ərazisində dəhlizlə bağlı bütün işlər tamamlanıb, bütün infrastruktur hazırdır. Azərbaycan digər ölkələrdə də infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur”. Dövlət başçısı deyib ki, hazırda “Şimal-Cənub” və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır: “Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
03.11.2017
«Tert.am»: ”Miqrasiya ermənilərin dövlətə qarşı etirazının bir formasıdır”
24.10.2017
Vardan Bostanjyan:”Ermənistana 1 milyard dollardan artıq sərmayə yatırıldığı barədə hökumətin məlumatı yalandır”
19.10.2017
OCCRP təşkilatının sifarişlə işlədiyini sübut edən fakt

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info