Nevrozun əsas əlamətləri
Tarix: 03.11.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Nevroz sinir sisteminin geri dönən funksional pozulmadır. Nevroz təhlükəli xəstəlik olmasa da insanın həyat keyfiyyətini xeyli azaldır.
Bütün dünyada nevroz ən yayılmış nevroloji pozulmadır.
Tibbi stasistika göstərir ki, ildən ilə bütün dünyada nevroz halları artmaqdadır. Alimlər bunun əsas səbəbini müasir insanın olduqca sürətli, stresli həyat tərzi ilə izah edir. Böyük şəhərlərdə yaşayan insanlarda kənd yerlərində yaşayan insanlarla müqayisədə nevroza dəfələrlə tez-tez rast gəlinir.
Qadınlar nevrozlara daha çox meyilli olurlar ki, bu da onların kişilərə müqayisədə daha emosional və həssas olmalarından irəli gəlir.
Nevrozun əsas əlamətləri aşağıdakılardır:
- həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq
- tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi
- yuxusuzluq, çətinliklə yuxuya getmək və ya səhər oyandıqdan sonra zəiflik və yorğunluq hissi
- güclü işıqlanma və yüksək səsə ağrılı reaksiyanın verilməsi
- müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur)
- beyindən çıxmayan, yorucu, təkrarlanan fikirlər (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxmaq və s.)
- orqanizmin digər orqan və sistemlərində baş verən pozulmalar: iştahanın pis və ya əksinə həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissi, cinsi meylin azalması, cinsi zəiflik və s.
- bədənin müxtəlif yerlərində ağrılar (boyun nahiyəsində, çiyinlərdə, beldə, mədədə, ürəkdə, baş ağrıları və s.).
Gördüyünüz kimi, pozulmanın simptomları olduqca müxtəlifdir və bu da nevrozun diaqnostikasında problemlər yaradır. Tez-tez elə olur ki, nevrozdan əziyyət çəkən xəstə müxtəlif həkimləri "gəzir" (kardioloq, endokrinoloq, qastroenteroloq və s.), lazım olmayan müayinələr və analizlərdən keçir və yalnız sonda heç bir xəstəlik aşkar olunmadıqda nevropatoloqun qəbuluna düşür. Bu isə, təbii ki, vaxt və vəsaitin itkisinə səbəb olur.
Nevroz müalicə olunan pozulmadır. Sadəcə insan vaxtında lazım olan mütəxəssisə müraciət etməlidir.
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Arterial təzyiqi aşağı salan 7 ədviyyat
19.05.2019
Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur
17.05.2019
Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib
12.05.2019
Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür
08.05.2019
Yaponiyalı göz həkimləri Yevlaxda 847 nəfəri müayinə ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info