«Tert.am»: ”Miqrasiya ermənilərin dövlətə qarşı etirazının bir formasıdır”
Tarix: 03.11.2017 | Saat: 15:40:00 | E-mail | Çapa göndər
«Bu gün Ermənistanda dövlətə qarşı sosial etirazlar, ittihamlar mübarizə formasında deyil, miqrasiyada ifadə edilir». «Tert.am» saytına danışan "Elk" fraksiyasından olan deputat Edmond Marukyan 2018-ci il üçün ilkin büdcə müzakirələri zamanı danışıb. Marukyana görə, hökumət iqtisadi siyasətilə ölkədə yeni sosial problemlərin yaranmasına zəmin yaradır.
E.Marukyanın sözlərinə görə, bir tərəfdən onlar vergi artımı şəklində islahatlar keçirir, digər tərəfdən isə dövlət sistemində kütləvi ixtisarlar aparmağa start verirlər. Erməni deputat bu ixtisarların daha çox, həqiqətən də dövlət üçün ürəkdən işləyənlərə şamil ediləcəyini istisna etmir: «Biz neçə müddətdir ki, ölkədəki qubernator köməkçilərinin ixtisar edilməsi ilə bağlı məsələ qaldırsaq da, təklifimiz hələ də təklif olaraq qalır.» «Hökumət, dövlət idarələrindəki bürokratiyanı deyil, daha çox texniki sektorda çalışanların iixtisarına başlayıb, müəyyən dərəcədə texniki sektoru azaldır. Təbii ki, bu addım alqışlanmalıdır». Bu fikirləri də Marukyan bildirib.
Qeyd edilməlidir ki, Marukyanın etirazın miqrasiya formasında dedikləri, Ermənistanın Milli Statistika Xidmətindən verilən məlumatda da öz təsdiqini tapmaqdadır. Belə ki, bu idarədən verilən rəsmi məlumata görə, 2017-ci ilin 1 oktyabr tarixinə Ermənistanın əhalisi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 14,3 min nəfər azalıb. Bu dövrdə ölkədə əhali artımı 7 min nəfər kimi göstərilsə də, Ermənistanı 13,5 min nəfərdən artıq insan tərk edib.
2017-ci ilin yanvar-sentyabr aylarında respublikada doğulmuş uşaqların sayı 7,4 faiz azalaraq 27 655 nəfərə çatıb. Bu müddətdə ölümlərin sayı isə 0,65 faiz artaraq, 20 658 nəfər təşkil edib. Maraqlıdır, bir müddət bundan əvvəl parlamentdəki çıxışı zamanı erməni prezident Serj Sərkisyan 2040-cı ilə qədər ölkədə demoqrafik vəziyyətin artması hesabına Ermənistanda yaşayacaq ermənilərin sayının 4 milyona çatacağı barədə utopiya ərz etmişdi.
Maraqlıdır, erməni prezident Ermənistanda demoqrafik vəziyyəti nəyin hesabına artırmaq niyyətindədir? Xaricdən aldığı sədəqələr hesabınamı? Başqa bir önəm kəsb edən məsələ isə Sərkisyanın həm siyasi, həm də iqtisadi sahələrdə yeritdiyi bədnam fəaliyyətinə haqq qazındırmağa çalışmasıdır. Öz xalqı qarşısında qazandığı «uğur» barədə daşışan erməni prezident ölkəsinə gətirdiyi uğursuzluqlara isə başqa don geydirməyə çalışır: "Dünya iqtisadiyyatında yaşananlar və Rusiyadakı vəziyyət, bizim Avrasiya İttifaqından gözlədikləimizə təsirsiz ötüşməyib. Əlbəttə, biz bu təşkilatdan çox şey gözləyirdik. Biz yerli məhsullarımızı- konyak, pomidor, xiyar kim məhsullarımızı dollara satıb və satışdan əldə etdiyimiz sərmayəni qaz ödənişinə sərf etməliydik.

2017-ci ilin 1 oktyabr tarixinə Ermənistanın əhalisi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 14,3 min nəfər azalıb. Bu dövrdə ölkədə əhali artımı 7 min nəfər kimi göstərilsə də, Ermənistanı 13,5 min nəfərdən artıq insan tərk edib. 2017-ci ilin yanvar-sentyabr aylarında respublikada doğulmuş uşaqların sayı 7,4 faiz azalaraq 27 655 nəfərə çatıb. Bu müddətdə ölümlərin sayı isə 0,65 faiz artaraq, 20 658 nəfər təşkil edib.


Təbii ki, burada ən mühüm şey rublun sabitliyinin qorunması idi. Bu gün rubl kənd təsərrüfatı məhsullarımızın reallaşdırılması üçün girov rolunu oynayır. Lakin unutmaq lazım deyil ki, müqavilələr həmişə rublla həyata keçirilmir. Ermənistandakı iş adamları biznes mübadilələrini dramla aparırlar. Buna baxmayaraq həm rubl, həm dram dollarla bağlıdır».
Beləliklə, ermənilər istehsalı nə qədər artırmaq arzusunda olsalar da, bu istehsalı həyata keçirəcək insanlarını miqrasiya nəticəsində itirirlər.Bu gedişlə ilin sonuna əhali azalması 20 minə çatacaq.Gedənlərin əksəriyyəti də iş qabiliyyəti olan adamlardır.Bu, o deməkdir ki, erməni prezidentin istehsalın artımına ümid etməsi boş xəyaldan başqa bir şey deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“Geosiyasi ayrılıq”: Bundesbank dollardan imtina edib, yuanı seçir
12.01.2018
Ermənistan prezidenti 9 ildir ki, Davosa gedə bilmir
09.01.2018
“Azərtütün”ün məhsulları Rusiya, Belarus və Gürcüstana ixrac olunur
09.01.2018
Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”
28.12.2017
Əli Həsənov: “Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8196

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info