Şeyxülislam Allahşükür Paşazadə İspaniyaya səfərə gedir
Tarix: 03.11.2017 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 5-də İspaniyaya səfərə gedəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda keçirilmiş beynəlxalq tədbirlərin ardınca Madriddə təşkil ediləcək bu konfransda Milli Məclisin deputatları, ölkəmizin tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Azərbaycanı QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları - Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev və Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete təmsil edəcəklər.
İspaniya Krallığı Ədliyyə Nazirliyinin dəstəyi ilə keçiriləcək bu beynəlxalq tədbirdə Valensiya Arxiyepiskopu Kardinal Antonio Kanizares, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, eləcə də din xadimləri iştirak edəcəklər. Nümayəndə heyəti səfər çərçivəsində İspaniya Senatında, Ədliyyə və Xarici İşlər nazirliklərində olacaq, Madrid meri və dini icma rəhbərləri ilə görüşəcək.
Azərbaycan-İspaniya dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən bu beynəlxalq konfransa Azərbaycan, İspaniya ilə yanaşı, Avropa, Asiya, Latın Amerikası, Afrikanın ümumilikdə 60 ölkəsindən 600-ə yaxın tanınmış dövlət, hökumət rəsmiləri, o cümlədən, iki nazir, üç komitə sədri, sabiq dövlət və hökumət başçıları, Müqəddəs Taxt-Tacın (Vatikan) kardinalı, Rus Pravoslav Kilsəsinin xüsusi nümayəndəsi, dini konfessiya rəhbərləri, o cümlədən 3 baş ravvin, 60 dövlətin İspaniyada akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, nüfuzlu ziyalılar, universitet rektorları, habelə tanınmış iş adamları qatılacaqlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”
19.10.2018
Doqquz ayda əhalinin gəlirləri 9,5 faiz artıb
18.10.2018
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
18.10.2018
“İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”
18.10.2018
Xarici casus həbs edildi – Dövlət Təhlükəsizliyi Xidmətindən əməliyyat

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10275

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info