Saxta “WhatsApp” əlavəsini yükləyənlərin sayı artır
Tarix: 06.11.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Bir milyondan çox “Android” istifadəçisi “Google” şirkəti məsələyə reaksiya verənədək “Google Play” mağazasından “WhatsApp” messencerinin saxta surətini yükləyib. “WhatsApp” loqotipinə malik əlavə “Update WhatsApp Messenger” adlanıb. Əksər istifadəçilər tərtibatçı adının rəsmi adla eyni olmasına görə bunun servis yenilənməsi olmasını düşünüb. Bunun üçün fırıldaqçılar “Unicode” standartında boşluqdan istifadə ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərib. Fırıldaqçıların bundan pul qazanmaq istəməsi ehtimal olunur. Yalnız proqram təminatı bir milyondan çox istifadəçi tərəfindən yükləndikdən və “Reddit” saytında onun saxta olması ilə bağlı çoxlu məlumat dərc edildikdən sonra “Google” şirkəti proqramı “Google Play” mağazasından silərək tərtibatçını bloklayıb.
Təhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, oxşar hadisə həmişə baş verir. Mağazada mütəmadi olaraq “Facebook” və digər populyar əlavələrin saxta versiyaları yer alır. Məsələn, saxta “Facebook” versiyası 10 milyon dəfədən çox yüklənib.
Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info