“Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı dövlətlərimizin və xalqlarımızın xeyrinədir”
Tarix: 06.11.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Son dörd ildə Azərbaycan-İran münasibətləri sürətlə inkişaf edir. Bu müddət ərzində prezidentlər 10 dəfə görüşüblər. Görüşlərin 6-sı ölkələrimizin paytaxtlarında keçirilib ki, bu da mühüm göstəricidir.
Bu fikri Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İRNA xəbər agentliyinə müsahibəsində deyib.

Səfir bildirib ki, noyabrın 1-də Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşündə nəqliyyat, daşımalar, enerji sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunan əsas mövzulardan idi. Bu formatda görüşün təşəbbüskarı Prezident İlham Əliyevdir. Prezidentlərin üçtərəfli görüşü ilk dəfə 2016-cı ilin avqustunda Bakıda keçirilib. Tehranda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşü oldu.
Diplomat nəzərə çatdırıb ki, Azərbaycanın dəmir yolu İran sərhədinə qədər çəkilib. Astaraçay üzərindəki dəmir yolu körpüsü və İran ərazisində terminala qədər olan dəmir yolu inşa edilərək başa çatdırılıb. Hazırda Astarada yük terminalının tikintisi sürətlə davam edir. İqtisadi əlaqələrin inkişafı dövlətlərimizin və xalqlarımızın xeyrinədir.
Qarşılıqlı şəkildə keçirilən mədəniyyət günləri və sərgilər iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasına və yaxınlaşmasına xidmət edir. Belə tədbirlər, həmçinin tərəflərin potensial və imkanlarının üzə çıxmasına xidmət edir.
Viza rəsmiləşdirilməsinə toxunan Bünyad Hüseynov qeyd edib ki, İran dövləti 2010-cu ildə birtərəfli qaydada Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimini ləğv edib. Azərbaycan Prezidentinin ötən il imzaladığı sərəncamlara əsasən viza rüsumu azaldılıb və “ASAN viza” sistemi yaradılıb. Hazırda İran vətəndaşları Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə müraciət etmədən elektron viza ala bilərlər.
R.Kətanov




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info