Ermənistanın regional layihələrdən təcrid olunması İsrail mediasının gündəmində
Tarix: 06.11.2017 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


“Azərbaycan öz iqtisadi siyasəti sayəsində inkişaf etdiyi və möhkəmləndiyi bir vaxtda Ermənistan öz qonşularına qarşı yönəlmiş işğal siyasətindən imtina edə bilmir”

Ermənistan təcavüzkar siyasət yürütdüyündən regiondakı bir çox beynəlxalq layihələrdən təcrid olunub. Elə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsindən də Ermənistanı uzaq salan bu işğalçılıq siyasətidir. Artıq beynəlxalq mediada BTQ-dən yazılarkən bu məsələyə də xüsusi toxunulur. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilis dilində nəşr olunan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində qeyd edilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı dost ölkələr olan Türkiyə, Azərbaycan və Gürcüstanın həm özlərinin inkişafı, həm də regionun inkişafı üçün öz potensialından düzgün və praqmatik istifadə edə bilmələrini göstərən əyani nümunədir. İsrailli ekspert yazır: “Bu sıx və perspektivli müttəfiqlik hər hansı dövlətə qarşı yönəlməyib, yalnız Ermənistan öz təqsiri üzündən növbəti dəfə uduzub, bu iri regional layihədən kənarda qalıb. Son vaxtlar Ermənistan cəmiyyətində BTQ dəmir yolundan Ermənistanın da istifadə etməsi məsələsi müzakirə olunurdu. Azərbaycan XİN-in rəsmi nümayəndəsi H.Hacıyev bir qədər əvvəl bu məlumatı şərh edərək bildirib ki, Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarandan sonra regional inteqrasiya imkanlarından istifadə edə bilər”.
Qut vurğulayır ki, Azərbaycan öz iqtisadi siyasəti sayəsində inkişaf etdiyi və möhkəmləndiyi bir vaxtda Ermənistan öz qonşularına qarşı yönəlmiş işğal siyasətindən imtina edə bilmir. Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində yazır: “Hər halda, Azərbaycan heç vaxt gizlətməyib ki, bu qlobal Bakı-Tbilisi-Qars layihəsi ondan ötrü həm iqtisadi, həm də siyasi əhəmiyyət kəsb edir və Ermənistanın təcrid olunmasını kəskinləşdirməyə yönəlib. Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan əvvəlcə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzər regionunun qaz və neft resursları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qaldı, indi isə iri regional nəqliyyat layihəsinə qoşulmaq şansını da itirdi”.
İsrailli ekspertin fikrincə, Ermənistan Kremlin geosiyasi ambisiyalarından tam asılı vəziyyətdədir. Bu, heç bir strategiyası və taktikası olmayan xarici siyasətə gətirib çıxarıb. Arye Qut yazır: “SSRİ dağılan gündən Ermənistan Rusiyanın siyasi və iqtisadi ambisiyalarından tamamilə asılıdır. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu və ABŞ konqresinin sponsor yardımıdır. Buna görə onlar Rusiyanın satelliti olan, ABŞ ilə münasibətlərində gərginlik yaranmış təcavüzkar dövləti qidalandırmazdan əvvəl düşünməlidirlər. İrandan Ermənistana ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə müxtəlif təkliflər daxil olduğu bir vaxtda Ermənistanın siyasəti Rusiya tərəfindən açıq-aşkar dəstəklənmir, çünki Rusiyanın öz maraqları var”.
Daha qlobal perspektivdə regional prosesləri bir qədər ətraflı nəzərdən keçirsək, aşkar görünər ki, Yerevanın Ermənistan-Azərbaycan münaqişəsində status-kvonu saxlamağa yönəlmiş siyasəti mahiyyət etibarilə perspektivsizdir, bu siyasət rəsmi Yerevanın təcrid olunmasına və Ermənistanın daxilində təhlükəli demoqrafik vəziyyət yaranmasına doğru aparır.

“Ermənistanın hakimiyyət orqanları ölkə iqtisadiyyatının fəlakətli vəziyyətdə olmasını sübut edən real rəqəmləri gizlədir”
İsrailli ekspert öz məqaləsində vurğulayır: “Lakin Ermənistanın indiki siyasi elitasının keyfiyyəti Azərbaycan ilə Ermənistan arasında münaqişənin tənzimlənəcəyinə ümid yaratmır. Ölkədə vəziyyət son dərəcə mürəkkəbdir. Bu gün mübahisəsiz faktdır ki, Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir geosiyasi və ya geoiqtisadi layihə həyata keçirilə bilməz. Ermənistan faktiki olaraq özünü tamamilə təcrid edib. Bu, ilk növbədə Ermənistan hakimiyyətinin, sonra isə Ermənistan xalqının problemidir. Prezident Sarkisyan və onun kriminal-oliqarxik klanı üçün Azərbaycanla müharibə, yəni Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi öz siyasi hakimiyyətini qoruyub saxlamaq üçün real imkandır. Bütün bu bəyanatlar bir daha sübut edir ki, Sarkisyan tamamilə məsuliyyətsiz və uzaqgörməz siyasətçi, əlləri dirsəyə qədər qan içində olan, Ermənistanın siyasi həyatının öz səhnəsinə təsadüfən düşmüş separatçıdır. Bu baxımdan, mən get-gedə artıq dərəcədə hesab edirəm ki, Ermənistan prezidenti sanki yuxudadır, Cənubi Qafqaz regionunda nələr baş verdiyini görmür. Ermənistan prezidenti öz ölkəsinin müstəqilliyi barədə danışmağı xoşlayır, lakin danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”.
Arye Qut yazır: “Serj Sarkisyan və onun Ermənistan hökuməti adlandırılan kriminal-oliqarxik piramidası bütün kiçik və orta müəssisələri məhv edir, bu isə əhali arasında narazılığa səbəb olur. Ölkədə işsizlik sürətlə artır, kütləvi aksiyalarda iştirak etmək istəyənlər çoxdur. Ermənistanın hakimiyyət orqanları həqiqəti gizlətməyə çalışsalar da, Ermənistan iqtisadiyyatı sistemli böhran dövrü yaşayır. Ermənistanın hakimiyyət orqanları ölkə iqtisadiyyatının fəlakətli vəziyyətdə olmasını sübut edən real rəqəmləri gizlədirlər. İnsanların sosial narazılığının kəskinləşməsi Serj Sarkisyan rejiminə son qoyacaq. Təkcə bunun nə vaxt baş verəcəyi məlum deyil”.
Ekspert vurğulayır ki, iri addımlarla girdaba yuvarlanan Ermənistandan fərqli olaraq Azərbaycan İran istiqamətində də intensiv iştirak edir. Qut yazır: “Məsələn, Tehran Rusiya, Azərbaycan və İran prezidentlərinin ikinci sammitinin keçirildiyi məkan oldu. Bu əməkdaşlıq çərçivəsində tezliklə İran-Azərbaycan dəmir yolu körpüsü də inşa ediləcək, bu isə Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi əhəmiyyətini bir daha vurğulayacaq. Prezident Putin qeyd edib ki, həmin görüşdə Xəzərdə birgə iş və “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması barədə söhbət gedəcək. Bu dəmir yolu dəhlizi Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsini nəzərdə tutur, nəticədə Baltik ölkələri ilə Hindistan arasında İran ərazisindən keçməklə birbaşa nəqliyyat əlaqəsi təmin ediləcək”.
Arye Qut məqaləsinin sonunda yazır: “Beləliklə, Azərbaycan özünün xarici siyasət strategiyasını düzgün qurub və bu dövlətin həm regionda, həm də dünyada yüksək olan reytinqini daha da gücləndirəcək bütün ciddi nəqliyyat layihələrinin mərkəzindədir”.

“Dağlıq Qarabağ münaqişəsi bütün qonşu regionlar üçün təhlükədir”
Yeri gəlmişkən, bir çox əcnəbi parlamentarilər də Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regionda sülhün bərqərar olması üçün çox önəmli olduğunu vurğulayıblar. AZƏRTAC-a məxsusi açıqlamasında Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Tamara Xulordava da bu mövqedə olduğunu deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi, ümumilikdə Cənubi Qafqaz və Avropa İttifaqı da daxil olmaqla bütün qonşu regionlar üçün təhlükədir.
Gürcüstanın qonşu ölkələrdəki vəziyyəti diqqətlə izlədiyini deyən deputat bildirib ki, digər münaqişələrdə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi də ilk növbədə ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, beynəlxalq hüququn irəli sürdüyü ən vacib şərtlərdən biridir.
“Hamımıza regionda sülh lazımdır. İnanıram ki, Dağlıq Qarabağ münaqişəsi sülh və danışıqlar yolu ilə həll ediləcək”,- deyə T.Xuroldava vurğulayıb.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info